Yay istiləri başlayır

  • 16 apr 2015, 12:54
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 24˚-dək yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində duman, çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcəck.

Havanın temperaturunun gecə 6-8˚, gündüz 14-18˚ isti olacaq.

Aprelin 17-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10˚, gündüz 15-20˚, bəzi yerlərdə 24˚ isti, dağlarda gecə 1-6˚, gündüz 9-14˚, bəzi yerlərdə 17˚ isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən həmçinin bildirilib ki, yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
Oxşar xəbərlər