Xəbər lenti
Bütün xəbərlər

ABŞ bu ölkədəki daha bir hərbi bazanı boşaltdı

  • 04 apr 2020, 22:37
ABŞ İraqın Əl-Ənbar vilayətindəki “Əl-Takaddum” hərbi bazasını içindəki 3,5 milyon dollarlıq hərbi texnika ilə birgə İraq ordusuna təhvil verib.
Demokratik.Az xəbər verir ki, bununla ABŞ-ın İraq ordusuna təhvil verdiyi bazaların sayı 4-ə yüksəlib.
ABŞ rəhbərliyindəki anti-İŞİD koalisiyasına bağlı qərargahdan bildirilib ki, 2020-ci il ərzində koalisiya İraqdakı bir çox bazadan heyətini və texnikasını çıxaracaq:
“İraq təhlükəsizlik qüvvələri artıq İŞİD-ə qarşı “İraq qəhrəmanları” və “Zəfər iradəsi” kimi, müstəqil şəkildə əməliyyatlar həyata keçirə bilər. Koalisiya İraq hökumətinin dəvəti ilə buradadır və İŞİD-lə mübarizədə taktiki dəstəyini davam etdirəcək”.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama 2015-ci ildə İŞİD-lə mübarizə çərçivəsində ABŞ ordusunun “Əl-Takaddum” hərbi bazasına yerləşdirilməsi üçün göstəriş vermişdi.
Demokratik.Az
Oxşar xəbərlər