Koronavirusun qorxusundan maaşlarını ianə edən məmurlar kasıbımı düşünürlər?

  • 25 mart 2020, 00:08
"Koronavirusla Mübarizəyə Dəstək Fondu"na məmurların İANƏ AXIŞI DAVAM EDİR...
İndiki durumda bəzi yekəqarın və rüşvətxor İHB məmurlarının da bir aylıq maaşlarını "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na ödəmələri sevindirici, bir o qədər də ikrah doğuran halı ortaya qoyur. Təsəvvür edirsinizmi, ömründə bir kasıba əl tutmayan, soyuducusu və çörək qabı boş qalanların çəkdikləri maddi-mənəvi ağırlığı təsəvvür belə etməyənlərin minnətlə candərdi ödədikləri pulla ağlar qalmış koronavirusdan "qorunacağıq"...
Olmaz olsun belə qorunma, qırılsın-dağılsın bu karantin ki, varlı-hallı bəzi məmurların ah-naləsilə yoğrulan aylıq əməkhaqqları gündəlik çörəyini ala bilməyən "EVDƏQAL"mış kasıbların işinə yarayacaq.
VAY, VAY, VAYY!!!
Kim rahatca iddia edə və məni inandıra bilər ki, ianə kompaniyasına dəstək olan rayon və şəhər icra hakimiyyəti başçıları və əməkdaşları aylıq maaşlarını bağış üçün kasıbın halına acıyıb, dövlətimizi o həddə sevib ki, möhtərəm prezidentin nümunəsindən özünə pay biçiblər. Əsla inanmıram, olsa-olsa bu ianəçi məmurlar bu xoş addımı özlərinin koronavirus qorxusu üzündən edirlər, ya da icra başçılarının basqısı ilə razılaşıblar, yoxsa durub dururkən bu ölkənin məmurlarının böyük əksərində belə alqışalayiq təşəbbüs indiyədək olmayıb, bundan sonra olmaz da...
Maaşları var deyə, sözügedən jestlə fondu doldurmağa çalışan məmurların kasıbları, imkansızları publik olaraq utandırdıqlarını, ianə imkanı olmayan biz vətəndaşları mağdur durumda buraqdıqları günləri yaşayırıq, əslində. Əhsən deyək! Bunlar bəlkə ona görə baş verir ki, belə davam etsə quru çörək də tapmayan kasıblar səsini çıxarmasın, kompensasiya istəməsinmi?
Bir ağıllı varsa çıxıb anlatsın, apteklərdə adi spirti, maskanı tapıb ala bilməyən, "EVDƏQAL" əmrinə müntəzir kasıblar nə yeyəcək, nə içəcək, hələ bir ay damın altında koronavirusun qorxusuna dustaqmı qalacaq ??? Rayon və yerli icra strukturları rəhbərləri və aylıq maaşa onsuz da ehtiyac duymayan məmur ordusu kasıbların gündəlik qayğılarını da düşünə bilsələr koronavirusa qarşı hamılıqla qələbə çalacağıq, yoxsa bizə nə yığılan milyonlar, nə də büdcə milyardları kömək etməyəcək...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər