Xəbər lenti
Bütün xəbərlər

Niyazi Bayramovun dostu işdən qovuldu

  • 04 iyul 2019, 20:16
Gəncədə vəzifəli şəxs işdən çıxarılıb.

Bu barədə rəsmi xəbər yayılıb.

Vəzifəsini itirən şəxs "Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Natiq Əhmədovdur. Onun vəzifəsindən azad edilməsinin səbəbi kimi işində yol verdiyi nöqsanlar səbəb göstərilir.

Demokratik.Az-ın məlumatına görə işindən uzaqlaşdırılan məmur Gəncənin yeni icra başçısı Niyazi Bayramovun təyinatından dərhal sonra Göygöl rayonundan eyni vəzifədən Gəncəyə təyinat almışdı. Yəni, Natiq Əhmədov Gəncənin icra başçısı Niyazi Bayramovun etimad etdiyi yaxın kadrı kimi tanınırdı.

Bildirək ki, işindən qovulan N.Əhmədovun böyük qardaşları Nizami və Nazim Əhmədovlar Gəncənin icra başçısı ilə yaxın dostdurlar. Təsadüfi deyil ki, Nazim Bayramov başçının sayəsində ötən ilin oktyabrından Gəncə Səhiyyə İdarəsinin rəisi təyin olunub. Digər qardaş Nizami Əhmədov isə uzun müddət Gəncə DSMF şöbələrinin müdiri olub və hazırda təqaüddədir.  

Oxşar xəbərlər