ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib

  • 14 iyun 2019, 20:14
 
 
 
 
 
 

 
 
 
 
Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və Multikulturalizm” kafedrası Aqrar İqtisadiyyat və Aqrobiznesin idarə edilməsi fakültələri ilə birgə 15 iyun "Milli Qurtuluş Günü” nə həsr olunan tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb və bildirib ki, Ümumilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. O qeyd edib ki, Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi.
"İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri dosent Azad Bayramov isə deyib ki, Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Daha sonra "İctimai elmlər və Multikulturalizm” kafedrasının müəllimi Şəfa
Musayeva, Aqrobiznes və İdarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Şirinli Könül, Mühəndislik fakültəsinin 1-ci kurs tələbəsi Qocayeva Güldəstə və Aqrobiznes və İdarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Əmiraslanov İmran çıxış edərək həmin dövrdə ölkədə baş verən hadisələrdən, xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki səylərindən ətraflı danışıblar.
Oxşar xəbərlər