Bir pul sərrafının Azərbaycandan daşıdığı MİLYONLAR…

  • 12 iyun 2019, 12:40

Bir müddət əvvəl "AzPolitika.info” saytına müsahibə verən hazırda axtarışda olan iş adamı Arzuman İsa oğlu Əliyev başına gələnlərə görə şəriki və qohumu Sərraf Məmmədzadəni ittiham etmişdi. Sərraf Məmmədzadənin təhriki və vasitəsilə neft-qaz sənayesinin təchizatı sahəsində biznes fəaliyyətinə başladığını, daha iki iş adamını da bu işə cəlb etdiyini açıqlayan A.Əliyev şəriki tərəfindən həm özünün, həm də bu işə cəlb etdiyi iş adamlarının aldadılaraq pullarının, əmlaklarının ələ keçirildiyini bildirmişdi.

arzumanA. Əliyev müsahibəsinidə Sərraf Məmmədzadənin yalnız onları deyil, dövlət qurumlarını da aldatdığını, bu yolla əldə etdiyi pullar hesabına İstanbulda ümumi dəyəri 15 milyon dollar olan bir neçə bina alıb kirayəyə verdiyini, bundan əlavə Bakıda xeyli sayda əmlaka sahib olduğunu vurğulamışdı. "17 mənzili satıb Bakının Çobanzadə küçəsində 5 mərtəbəli bir bina alıb, qalan mənzilləri satıb, puluna 28 may küçəsindəki "Piramida plaza”da 2 ədəd 5 otaqlı mənzil alıb bir gənc qadına bağışlayıb, 1000 kvadrat metrlik bir qeyri-yaşayış yerini icarəyə verib, qalan mənzilləri satıb və ya dəyişib başqa mənzillərə. Məsələn, 10 mənzili satıb Üzeyir Hacıbəyov küçəsi 57 ünvanında iki lüks mənzil alıb. Saymaqla bitməz…”- deyə bildirmişdi.

Maraqlıdır, A.Əliyevin bu müsahibəsindən xeyli müddət keçsə də, Sərraf Məmmədzadə deyilənlərlə bağlı hər hansı açıqlama ilə çıxış etməyib. Əvəzində məlumatlı mənbədən onun Azərbaycanda və xaricdəki əmlakları ilə bağlı "AzPolitika.info”ya əlavə bilgilər daxil olub.

Əlbəttə, hər kəs həm ölkə daxilində, həm də xaricdə əmlaka, biznes obyektlərinə sahib ola bilər. Ancaq qanuni şəkildı və vergisini ödəmək şərtilə…"AzPolitika.info”ya verilən məlumatlarda isə iddia edilir ki, Sərraf Məmmədzadə həm Azərbaycanda xeyli əmlak əldə etsə, həm də külli miqdarda valyutanı ölkədən çıxararaq xaricdə əmlaklar alsa da, bir qəpik belə vergi ödəməyib.

Yəqin ki, saytımıza təqdim edilən faktlar vergidən yayınanlara qarşı ən sərt tədbirlərə əl atmaqdan çəkinməyən Vergilər Nazirliyinin yeni rəhbərliyinin də diqqətini cəlb edəcək.

İlk öncə xatırladaq ki, mənbənin bu yaxınlarda saytımıza verdiyi məlumatlarda bildirildiyinə görə, S.Məmmədzadənin özü ciddi maliyyə maxinasiyaları ilə məşğul olub, bu yolla külli miqdarda qazanc əldə etmiş bir adamdır. "Məsələn, faktiki Sərraf Məmmədzadənin mülkiyyəti olan, amma cinayət tərkibindən bir qədər məsafədə durmaq məqsədi ilə kiralıq kasıb-küsubun adına qeyd olunmuş bir tikintidəki vergidən yayınmanın ağlasığmaz miqyasını görmək üçün bəzi rəqəmlərə baxmağımız kifayətdir:

Sahibkarlıq subyekti: "MİDİYA-999” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 2527-ci məhəllə, 32A
Tikinti obyektinin göstəriciləri: Mənzillərin ümumi sahəsi – 1 1278kv.m. (layihə üzrə olmalıdır 1 1691 kv.m)
Qeyri-yaşayış sahələrinin ümumi sahəsi: 1 575,7 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Qarajların ümumi sahəsi: 876 kv.m. (İlkin layihədə olmayıb, vergiyə cəlb olunmayıb)
Cəmi vergitutmadan yayınmaq məqsədilə gizlədilmiş tikinti sahəsi: 2 038,7kv.m
Vergidən yayınmanın zamanı: 2017-ci ildən bu günə qədər davam edir”.

Ölkəmizin büdcəsi onun təkcə bu fəaliyyətindən bir neçə yüz min manat zərərə uğradı. Bu pulu biriləri Avropanın "Louis Vuitton”, "Tiffany”, "Buccellati” mağazalarında özündən 30 yaş gənc sevgilisinə hədiyyələrə xərclədi. Dövləti aldadanlar cəzasız qaldı…” 

Mənbə qeyd etmişdi ki, S.Məmmədzadənin ARDNŞ-lə ticarətində də maliyyə maxinasiyalarının ciddi izləri var. "Diqqət edin, "Petroleim tools and machinery limited” deyilən bir şirkət ARDNŞ-in "Kompleks qazma işləri” trestini məhkəməyə verib, 2018-ci ilin oktyabr ayında bir məhkəmə qərarı əldə edir. Bu qərara görə "Kompleks qazma işləri” tresti "Petroleim tools and machinery limited” şirkətinə 156 000 ABŞ dolları ödəməlidir. Cavabdeh məhkəmə qərarından şikayət vermir və bu pulu dərhal ödəyir. Maraqlı burasıdır ki, bu "Petroleim tools and machinery limited” şirkəti 0% vergili offşor şirkətidir, gözdən pərdə asmaq üçün əlbir olduğu adamların və hətta ARDNŞ-in nə olduğunu bilməyən qadınların adı bu şirkətin direktoru kimi keçsə də, onun əsl sahibi Sərraf Məmmədzadədir”.

Mənbənin məlumatında o da vurgulanırdı ki, "Kompleks qazma işləri” trestinin müdiri İsgəndər Şirəli (Bu yaxınlarda işdən çıxarılıb-red.) hətta məhkəmə qərarı rəsmən qüvvəyə minməmiş 155 000 dolları Sərraf Məmmədzadəyə ödəyib, bu isə müəyyən şübhələrə yol açmaya bilməz. ""Kompleks qazma işləri” trestinin illərdir borclu olduğu adamlar var, pullarını ala bilmirlər. Amma məhkəmə qərarı qüvvəyə minmədən Sərraf Məmmədzadənin pulu ödənilir. Bu operativliyin səbəbi nədir?…”

1547291643_1530786962_215"Sərraf Məmmədzadənin onlarla saxta, onun-bunun adına sənədləşən şirkətlərindən biri də"Nordwind Corporation LLP” olmuşdur. Bu "Nordwind Corporation” şirkəti də 0% vergi rejimli offşor şirkətidir. 2015-ci ildə "Nordwind Corporation” "Kompleks qazma işləri” tresti ilə müqavilə bağlayıb, adı çəkilən trestə 399 000 ABŞ dolları dəyərində bir kran satmağı öhdəsinə götürür. Öhdəliklərə o cümlədən bu kranın quraşdırılıb işə salınması və rels yolunun çəkilməsi də daxil olur. "Nordwind Corporation” 2017-ci ildə bu kranı gətirib "Kompleks qazma işləri” trestinə təhvil verir. Lakin "Kompleks qazma işləri” tresti kran montaj olunmadan, rels yolu hazır olmadan 399 000 ABŞ dollarını Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış "Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret” şirkətinə ödəyir.

Həmişəki kimi, bu başa çatmamış müqavilənin pulu Sərraf Məmmədzadəyə ödənəndə "Kompleks qazma işləri” trestinin qapısında illərdir qəpik-quruş pulunu gözləyən, Azərbaycanda vergi ödəyən namuslu şirkətlər var idi. Nəyə görə və kimə görə hər məclisdə özünü ARDNŞ-in səlahiyyətli əməkdaşı və ARDNŞ-in rəhbər işçilərinin iş ortağı kimi qələm verən Sərraf Məmmədzadəyə bu pulları bütün qanun və prosedurları pozaraq ödəyirlər – bunu Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalıdır” – deyə mənbə əlavə edirdi.

Yeni məlumatlardan bəlli olur ki, Azərbaycan dövlətindən əldə etdiyi pulları yenə vergi ödəmədən offşor şirkətlər vasitəsilə xaricə daşıyan Sərraf Məmmədzadə həmin vəsaitə İstanbulda təxminən 15 milyon dollar həcmində əmlaklar almışdır.

Belə ki, Azərbaycan mənbələrindən əldə edilmiş gəlirin offşor şirkətlərdə və offşor banklarda gizlədilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1 və 128.1 maddələrinin ən kobud və qəbuledilməz şəkildə pozulması deməkdir. Bununla bağl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi açılarsa ölkədən valyutanın hansı qanunsuz yollarla, hansı sxemlə çıxarıldığı da aşkarlanar.

"AzPolitika.info”ya verilən məlumatlara görə, Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış "Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret şirkəti” son illərdə İstanbul aşağıdakı əmlaklara sahib olub:

1. İstanbul Ataşehir, Mərkəz/ Mərkəz, Küçükbakkalköy məhəlləısi, Günbatımı küçəsi 8/1, Təməli daxil 8 mərtəbəli bina. Bölmə 231, Parsel 7. Biznes Mərkəzi. Dəyəri 20 000 000 TL.

2. İstanbul Bakırköy, Mərkəz/ Mərkəz, Osmanıyeman Çağlar küçəsi, Qapı nömrəsi 2-4, Şite adı: İncirli qonaqları, Dairə 4, Bölmə 73, Parsel 1. Dəyəri 2 500 000 TL.

3. İstanbul Ümraniyə, Mərkəz/ Mərkəz, Şerifalıman Beyit küçəsi, Təməli daxil 6 mərtəbəli bina. Bölmə 17, Parsel 3224. Biznes Mərkəzi. Dəyəri 12 000 000 TL.

4. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-4, Şite adı: Vadi İstanbul Teras, Blok 4, Dairə 4, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 4 250 000 TL.

5. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-4, Şite adı: Vadi İstanbul Teras, Blok 4, Dairə 30, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 2 500 000 TL.

6. İstanbul Sarıyer, Mərkəz/ Mərkəz, Ayazağaman 215 küçəsi, Qapı nömrəsi 4-1, Şite adı: Vadi İstanbul Teras, Blok 1, Dairə 66, Bölmə F21C15C4D, Parsel 5. Dəyəri 2 000 000 TL.

Qeyd edək ki, əmlaklar 1 dollar təxminən 3 TL səviyyəsində olarkən alınıb və sənədlərdə alındığı vaxtdakı qiymətləri göstərilib. Hazırda həmin əmlakların türk lirəsi ilə qiymətlərinin təxminən 2 dəfə artdığını söyləyə bilərik.

Göründüyü kimi, Sərraf Məmmədzadə ölkədən çıxardığı pullara Türkiyədə xeyli sayda əmlak alıb. Bu pulları isə birbaşa ölkədən çıxararaq İstanbula yatırmayıb. Vergidən yayınmaq, puların mənbəyini gizlətmək üçün onun mürəkkəb sxemdən istifadə etdiyi bildirilir.

O, bu işdə əsasən Lixtenşteyndə yerləşən "Bendura Bank”ın (SWİFT kodu HYIBLI22XXX) xidmətlərindən yararlanıb. Təəssüf ki, Lixtenşteyn bankı ölkədən çıxarılan pullara görə vergi ödənilib-ödənilməməsi ilə maraqlanmadan Sərraf Məmmədzadənin istədiyi əməliyyatları reallaşdırmışdır.

Ancaq bu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” prinsiplərinə və 28.01.2016 tarixli "Anti-Tax Avoidance Package EU” normativ sənədinə ziddir. "APCA UK Ltd” şirkətinə qarşı yekunlaşmış Böyük Britaniya məhkəməsinin qərarı və onun yaratdığı məhkəmə praktikası da bunu təsdiq edir…

Sərraf Məmmədzadə isə İstanbulda aldığı əmlakların pullarlanı hardan əldə etdiyinə dair suallardan qaçmaq üçün Bakıdan çıxardığı pulu "Bendura Bank”ın vasitəsilə əvvəlcə offşor şirkətlərinə yönəldib.

Yəni, Sərraf Məmmədzadənin Türkiyədə bina alıb icarəyə verməkdə ixtisaslaşmış "Matrix group enerji makina gayrımenkul pazarlama ve ticaret şirkəti”nə pullar Mərkəzi Amerikada kiçik bir dövlət olan (təxminən 350 min əhalisi var) Belizdə qeydiyyatdan (11.08.2015-ci il tarixdə 156 192 №-li qeydiyyat nömrəsi ilə) keçmiş "Petroleum Tools & Mahinery LTD” şirkətidən ötürülmüşdür.

"Petroleum Tools & Mahinery” LTD Şirkətinin dövlət qeydiyyatına alındığı gündən bu günədək bir təsisçisi olmuşdur. Belə ki, "Petroleum Tools & Mahinery LTD” Şirkətinin nizamnamə kapitalının tam sahibi (100% payla) Britaniya Vircin Adalarında yerləşən, 29.03.2012-ci il tarixdə 1704379 №-li dövlət qeydiyyatına ("3A Little Denmark Complex, 147 Main Street, P.O. Box 4473, Road Town, Tortola, British Virgin Island VG 1110” ünvanı üzrə) alınmış "Matrix Project LTD” Şirkətidir.

"Matrix Project LTD” Şirkətinin yeganə təsisçisi və nizamnamə kapitalının 100% payla sahibi isə Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ev 5A, mənzil 219 ünvanında qeydiyyatda olan Məmmədzadə Sərraf Həbib oğludur.

Yəni, yuxarıda adları çəkilən hər iki şirkətin – "Petroleum Tools & Mahinery LTD” və "Matrix Project Ltd” şirkətlərinin icra orqanlarının yeganə rəhbəri Sərraf Məmmədzadədir. Beləliklə, "Petroleum Tools & Mahinery LTD” şirkətinin son benefisiar və sərəncam vermə hüquqları (inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyalarının icraçısı kimi) Azərbaycan Respublikası vergi rezidenti Sərraf Məmmədzadəyə aiddir.

Bu isə o deməkdir ki, Sərraf Məmmədzadə müxtəlif yollarla Azərvbaycan dövlətindən və vətəndaşlarından əldə etdiyi milyonlarla dollar vəsaiti heç bir vergi ödəmədən offşorlarda yaratdığı bir şirkətdən digər şirkətə ötürərək Türkiyədə və başqa ölkələrdə əmlaka çevirib.

Belə mürəkkəb sxemdən istifadə etməsinin isə tək bir səbəbi ola bilər: pulları hansı mənbədən əldə etdiyini gizlətmək!

Sual olunurkimlər pullarının mənbəyini gizlətmək istəyər?

Əlbəttə, ya bu pulları qanunsuz yollarla qazananlar, ya da qazandığını vergidən yayındırmaq istəyənlər.

"AzPolitika.info” ya verilən məlumatlardan belə anlaşılır ki, Sərraf Məmmədzadənin həm qazandığı pulların mənbəyi şübhəlidir, həm də ölkədən külli miqdarda valyuta çıxardaraq xaricdə əmlaklar alsa da, hər hansı vergi ödəməyib. Bunun hər ikisi Azərbaycan qanuvericiliyinə görə cinayət sayılır. Yəni, Sərraf Məmmədzadə cinayət etdiyinə dair ciddi şübhələr var.

Yəqin ki, hüquq-mühafizə orqanları və Vergilər Nazirliyi bu iddiaları araşdıracaq. Sərraf Məmmədzadənin Bakıdakı və İstanbuldakı əmlakları hardan qazandığı pullarla əldə etdiyinə, bu zaman dövlətə nə qədər vergi ödədiyinə aydınlıq gətirilərsə, bütün suallara cavab tapılar… Tapılacaqmı?

Mövzunu davam etdirəcəyik. Həm Sərraf Məmmədzadənin, həm də Vergilər Nazirliyin mövqeyini öyrənməyə çalışacağıq. /AzPolitika.info/

Oxşar xəbərlər