Demokratik TV
Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”
5 aprel - Bakı: Siyasi elmlər doktoru, YAP siyasi Şurasının üzvü, professor Vaqif Abdullayevin Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi” adlı yeni və nəfis tərtibatlı kitabının təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycan Atatürk Mərkəzində baş tutan ədəbi – siyasi mərasimdə Milli Məclisin deputatları, tanınmış ziyalılar və bir sıra media nümayəndələri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov təqdim edilən kitabın özəllikləri barədə geniş və maraqlı nitq söyləyib.Tanınmış akademik Ulu Öndərin həyat yoluna və siyasi karyerasına ekskursiya edərək bir çox maraqlı məqamları, xüsusilə kitabın mövzu və ədəbi tərtibat baxımından original üslubunu, əhatəli və dolğun olmasını diqqətə çatdırıb.
Nizami Cəfərov qeyd edib ki, Bakı Atatürk Mərkəzi olaraq qardaş ölkənin – Türkiyənin tarixi şəxsiyyəti, Ümummilli lideri Mustafa Kamal Atatürkün irsi tədqiq edilərkən təkcə tarixi faktlara, siyasi və sosial dəyərləndirmələrə deyil, eləcə də bəzi şəxsiyyətlərin Atatürk haqqında fikirlərinə həssasla yanaşılır. Buna misal olaraq, məhz mərhum Heydər Əliyevin Atatürk haqqında – dahinin dahi haqqında məcmu halına salnmış əvəzedilməz fikirlərinə elmi nəzəriyyə kimi baxıldığı natiqin dililə qeyd edilib. Deputat hər iki tarixi şəxsiyyətin məşəqqətli və çətin həyat sınaqlarında, dövlət quruculuqlarındakı azman xüsusiyyətlərində bənzərlik və oxşarlıq da axtarıb.
Deputat bildirib: "Ulu Öndərin Atatürk haqqında bənzərsiz fikirləri təbii siyasi və çətin həyat praktikasına əsaslanır. Heydər Əliyevin Atatürk barədə məntiqi düşüncəsi türk dahisini yaxından tanıması, həyatlarındakı bənzər hadisələrlə bütövləşir. Bu mənada Vaqif Abdullayevin də kitabındakı səmərəli təqdimat müəllifin Heydər Əliyevi şəxsən tanımasına, Ulu Öndərin siyasi kursuna bələd olmasına əsaslanan ən mühüm amildir. Ən əsası, ərsəyə gəlmiş belə bir kitabın uğur meyarı məhz Ulu Öndər mərhum Heydər Əliyevin özünün dahiliyinin zirvəzisidir”. Deputat dostu Vaqif Abdullayevə növbəti uğurlu kitabları yazmağı arzulamaqla nitqini yekunlaşdırıb.
Ardınca, Milli Məclisin deputatı Musa Quliyev də müəllifi kitab münasibətilə təbrik edib. Deputat həmkarının münasibətinə dəstək olaraq onu əlavə edib ki, kitabın əsas özəlliyi Heydər Əliyev nümunəsində milli-siyasi elitanın təqdim edilməsidir. Deputat vurğulayıb ki, mövzu geniş tədqiq edilməyə ehtiyac duyur və Vaqif Abdullayevin qiymətli təşəbbüsü, vacib sosioloji-siyasi nəzəriyyəyə töhvəsi kimi qiymətləndirilməlidir.
Xalq şairi, yazıçı və dramaturq Nəriman Həsənzadə isə Heydər Əliyevi xatırlayaraq duyğusal çıxışa üstünlük verib. Sitat: "Xatırlayırsınızsa, Azərbaycana "El bilir ki, sən mənimsən..” deyən Heydər Əliyev efirdə kövrəlmişdi, öndər o qədər sadə və kövrək idi ki, hamı özünü onun yanında çox sərbəst hiss edirdi. Bu onun dahiliyi idi”.
Şair də öz növbəsində kitab müəllifinə uğurlar arzulayıb.
Aqil Abbas da maraqlı çıxışı ilə yadda qalıb. Deputat Heydər Əliyev irsindətədqiq edilən bütün məqamları uğur adlandırıb. Müəllifin əsərində elitar ifadəni xalqın qabaqcıl ziyalısı kimi xarakterizə edib. Aqil Abbas da bildirib ki, kitab təsadüfün məhsulu deyil və Vaqif Abdullayev Heydər Əliyev məktəbinin ən parlaq müdavimlərindəndir. Deputat Vaqif Abdullayevi sadiq dost, vicdanlı və vətənpərvər ziyalı adlandıraraq kitaba görə təbrik edib.
Deputat Çingiz Qənizadə də kitab müəllifinin şəxsi keyfiyyətlərini qabardıb. Vaqif Abdullayevi Ulu öndərin ideyalarının ən uğurlu təbliğatçısı adlandırıb. Onu da bildirib ki, kitabın mahiyyətindəki siyasi liderlik qabiliyyəti, qətiyyət və əzmkarlıq örnəkləri Heydər Əliyevin timsalında müasir gəncliyə örnəklər vəd edir. "Kitab ulu öndər dühası ilə başlasa da, Əliyevlər ailəsinin portretini, siyasi elitamızın portretini də görürük. Kitab həm tarixi, həm siyasi, həm də həqiqi milli-siyasi elitanı layiqincə təzahür edir”-deyə, Qənizadə bildirib…
Sabiq Metropoliten rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Tağı Əhmədov da söz alaraq Vaqif Abdullayevi ulu öndərin məsləkdaşı, silahdaşı adlandırıb. Kitabın yazılmasına sevincini gizlətməyib və Heydər Əliyev adına Universitet yaradılmasını təklif edib.
Deputat Mais Səfərli isə, öz çıxışında millətimizin özünə şərəfli tarix yazan xalqlardan biri olduğunu söyləyib. Kitabın ali məktəblərdə dərs vəsaiti kimi, insanların stolüstü mütaliyə kitabı kimi də istifadə oluna biləcəyini qətiyyətlə qeyd deyib.
Yunus Oğuz: "Dövlətlərdə vəzifə başına keçən milli-siyasi elitar təbəqələrin mövcudluğu vacib və qaçılmazdır. Kitabda yazıldığı kimi, mərhum Heydər Əliyev də məhz ziyalılıqdan milli siyasi elitaya transformasiya olunan tarxi şəxsiyyətlərdəndir”.
Tədbirdə iştirak edən tanınmış jurnalist Yunus Oğuz isə ifadə edib ki, kitab müəllifi mövzu aktuallığı yönündən bir ilkə imza atıb, kitabın milli siyasi elitamızın təbliğinə töhfə verəcəyinə inandığını deyib.
Qonaq qismində tədbirdə jurnalist Tapdıq Abbas da çıxış üçün söz istəyib. Jurnalist kitab müəllifinin parlaq karyera keçmişinə də toxunub və Vaqif Abdullayevin Beyləqanın sabiq icra başçısı olduğu dönəmlərdə rayonda gördüyü təqdirəlayiq işlərə xatırlatmalar edib. Onun həm də vicdanlı məmur olmağı bacardığını xatırladaraq kitabın nəşrini təqdir edib.
Vaqif Abdullayev barədə digər tədbir iştirakçıları da xoş fikirlər deyərək sabiq millət vəkilinin, sabiq icra başçısının şəxsi keyfiyyətlərinə, idarəçilik qabiliyyətinə heyranlıq ifadə edilib.
Tədbirin sonunda Vaqif Abdullayev Atatürk Mərkəzinin rəhbərliyi başda olmaqla, bütün tədbir iştirakçılarına səmimi minnətdarlığını bildirib. "Dəyərli dostlar, kitablar əlbəttə oxumaq üçündür, fikir bildirmək üçündür. Öz kitabım haqda onu deyə bilərəm ki, Azərbaycanımızı mərhum Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Hər birinizə təşəkkürümü bildirirəm”.
Sonda, biz də öz növbəmizdə cənab Vaqif Abdullayevə yeni bədii yaradıcılıq uğurları, mərhum Heydər Əliyevin irsinin təbliği yolunda qətiyyət və fədakarlıq arzu edirik…
Osman Nərimanoğlu

"Demokratik.Az"
Bakı