Xəbər lenti
Bütün xəbərlər

Qadın özünü yandırmaq istədi- İmişli İH qarşısında

  • 24 yan 2015, 15:55
Həftənin əvvəlində İmişli rayonunda ekstremal hadisə baş verdiyi barədə yazmışdıq.


Demokratik.Az musavat.com-a istinadən xəbər verir ki, İmişli şəhərinin Talalaltı məhəlləsində yaşayan və hazırda işsiz olan Nazim Qardaşov özünü İcra Hakimiyyətinin akt zalında yandırmaq istəyib və az qala İH başçısı Vilyam Hacıyevin, eləcə də yaxınlıqdakı polis əməkdaşlarının od tutub alışmasına səbəb olacaqmış.

Dünən adı çəkilən rayonda yenidən bənzər olay baş verib. Rayonun Meliorator qəsəbəsində yaşayan qadın şüşə qaba benzin tökərək İH binasının qarşısına gəlib və özünü yandırmaq istəyərkən polislər tərəfindən zərərsizləşdirilib. Mühafizə xidmətində çalışan polis əməkdaşları qadının niyyətini anlayaraq vaxtında müdaxilə edərək faciənin qarşısını alıblar.

İH binasının qarşısında intihar etmək istəyən qadının bu addımı hansı səbəbdən atmaq istədiyi barədə hələlik məlumat yoxdur. 

Həftənin birinci günü intihara cəhd etmək istəyən Nazim Qardaşov isə hazırda müvəqqəti saxlama kamerasında saxlanılır. Ona 15 sutka inzibati həbs cəzası verilib.


Oxşar xəbərlər