Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır

Köçəryanın "Paşinyana Azərbaycandan pullar gəlib” sözləri nədən xəbər verir?

Ermənilər Azərbaycan puluna görə bir-birinin qırırErmənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın "Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Virtualaz.org xəbər verir ki, müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları "saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. "Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”-o bildirib.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

"Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı. "Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübədə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyiblər. Bu strukturların çoxunu Soros maliyyələşdirib. Bəlkə həmin pullar Azərbaycandan daxil olub, bəlkə Türkiyədən, mən hardan bilim?”-Köçəryan sual edib.

Ümumiyyətlə, sonuncu arqument - Paşinyanın Azərbaycan tərəfindən maliyyələşməsi ehtimalı ciddi müzakirəyə səbəb olacaq məqamdır.

Ermənilər Azərbaycan puluna görə bir-birinin qırır

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, bu, siyasi və hiyləgər açıqlamadır. Onun sözlərinə görə, açıqlamanın əsas məqsədi cəmiyyəti Paşinyandan şübhələndirməkdir: "Robert Köçəryan ən mənfi ”titullara" layiqdir, ancaq o hər nədirsə təhlükəli siyasi fiqurdur. O sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdən biridir, SSRİ və sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir, bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyyəti tələb edir. Mən 1990-cı illərin sonunda həm Robert Köçəryana, həm də Serj Sərkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur ki, Köçəryan siyasi fiqur olaraq Sərkisyanı üstələyir. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən "Qarabağ klanı”na və Ermənistandakı ruspərəst qüvvələrə Köçəryan başçılıq edəcək. İstisna etmirəm ki, Köçəryan keçmiş müttəfiqi Daşnaksütyun Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Köçəryan həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin".

Müsahibimiz eyni zamanda Köçəryanın həbsdən sonrakı müsahibəsində fikirlərin həqiqətdən uzaq olmadığını bildirdi:"Köçəryanın həbsdən sonrakı müsahibəsindəki fikirlər həqiqətdən uzaq deyil. Deyir ki, Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı biz Azərbaycanın torpaqlarını işğal edə bilməzdik. Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balaslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər. Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Köçəryan bu fikirlərində də haqsız deyil. Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Köçəryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq”.

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.