"Metronun ağzının lazım olmayan istiqaməti.." - Jurnalistdən zəruri təklif

  • 26 apr 2018, 11:32

Hər il Bakıda yeni-yeni metrostansiyalar açılsa da paytaxtda insanların və maşınların sıxlığı aktual olaraq qalmaqdadır. Mövcud durumu dəyərləndirərək problemlərdən çıxış yolları axtaranlar, təklif verənlər az deyil. Və buna qarşılıq olaraq "Metropoliten rəsmiləri"nin yeni layihələrini və səsləndirdikləri müxtəlif vədləri eşidirik. Təəssüf ki, Metroqurucular bəzən ən lazımlını bir kənara qoyub, şəhərin xeyli lazımsız istiqamətlərinə doğru yeraltı yollar  gedirlər. Təbii ki, bu da bir çox paytaxt sakinində haqlı narazılıqlar oyadır.

 

 

 

 


 

 

 

 

MƏHƏMMƏDƏLİ QƏRİBLİ

 

Elə bu dəqiqələrdə tanınmış jurnalist Məhəmmədəli Qəribli öz facebook səhifəsində maraqlı status paylaşaraq mövzuya toxunub. Jurnalist zəruri təklifini önə sürərək, iradını da bildirib:

Sitat : "Nəsimi Paşayev yeni metro stansiyalarının açılacağının anonsunu verib. Belə başa düşdüm ki, tez bir zamanda istifadəyə veriləcək stansiyalardan biri də, Xocahəsəndən çıxacaq. Yəni indi mövcud olan Avtovağzal stansiyasından sonra gələcək. Mən bu sahənin mütəxəsissi deyiləm, amma metronun ağzını lazım olmayan istiqamətə salınmasının əleyinəyəm. Niyəsini izah edim.

Yaxşı olradı ki, "Avtoğazal" stansiyasından sonra metronun inkişaf istiqaməti Sumqayıta doğru yönələrdi. Xırdalanla Masazırın arasında bir stansiya istifadəyə verilsəydi, bilirsiniz nə qədər tıxacın qarşısı alınardı. Gələcəkdə isə həmin xəttin Sumqayıta qədər uzadılması iki böyük şəhər arasında ucuz, təhlükəsiz və tıxacsız nəqliyyat əlaqəsini yaradardı. Yəqin ki, Metropoliten Xocahəsənə tərəf istiqamət götürməklə Meyvəli, Sədərək, Binə bazarına çoxlu sayda müştərinin getməsini təmin etmək istəyir)))".

P.S. Biz də hesab edirik ki, ölkənin birinci şəhərində yaşayan milyonlarla insanın gözü yeni açılacaq "ən lazımlı" metrostansiyalara dikilib. Bu isə, gündə bir neçə dəfə yeraltı nəqliyyatdan istifadə edən və daha sıx ərazilərdə metrosuz yaşayan hər bir sakinin doğal haqqıdır.

Demokratik.Az

 

Oxşar xəbərlər