Bakı İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb

  • 18 okt 2017, 09:55

Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb. 

 

Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür.  İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.


 

Oxşar xəbərlər