Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Niderland səfirinin Türkiyəyə daxil olması qadağan edildi
Niderland səfirinin Türkiyəyə daxil olması qadağan edildi
- 14 mart 2017, 09:13
Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Niderland səfirinin Türkiyəyə daxil olmasının qadağan edildiyini bəyan edib.
"Niderland səfirinin tələblərimiz yerinə yetirilməyənədək Türkiyəyə geri qayıtması qadağan olunub. Niderlandla yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Niderland diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb”,- deyə N.Kurtulmuş bildirib.
Qeyd edək ki, Türkiyənin Nazirlər Kabinetinin baş nazir Binəli Yıldırımın rəhbərliyi altında toplantısı keçirilib. Toplantıda Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi qalmaqal müzakirə olunub.
Xatırladaq ki, martın 11-də Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Məmmədyarov Niderland səfirini qəbul edib
Niderland Avropa Birliyindən çıxmaq istəyir
İraq hökuməti 3 ölkədən yardım istədi - Türkiyəyə qarşı
Çavuşoğlu Kəmaləddin Heydərova niyə zəng vurdu?
Çavuşoğlu Hollandiyaya buraxılmadı
Türkiyəyə böyük dəstək - "Biz almağa hazırıq"
Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə gedib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti