Göygöl prokuroru ölüm hadisəsi törətmiş şəxsi niyə qoruyur?
- 03 okt 2024, 21:38
30 sentyabr 2024-cü il tarixində Göygöl rayonunda sabiq polis əməkdaşı olan Mehdiyev Məntiq İlyas oğlu adlı şəxs avtoqəza törədərək bir nəfərin ölümünə,bir nəfərin də ağır yaralanmağına səbəb olub. Hadisə Göygöl rayon "Aişə"şadlıq sarayının yaxınlığında baş verib. Məntiq adlı şəxs Vaz 21 06 markalı avtomobil ilə 1982-ci il təvəllüdlü Mətanət Əliyevaya və 1961-ci il təvəllüdlü Maral Nəcəfovaya avtomobillə vuraraq ağır xəsarət yetirmişdir. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, Maral Nəcəfova həyatını itirmiş, digər xanımın isə vəziyyəti ağır olaraq qalır. Qəzanı törədən şəxs Göygöl rayon prokurorunun və Göygöl polisinin yaxın adamı kimi tanınır. Nə nəzərə alınıbsa bu adam ölüm hadisəsi törətməyinə baxmayaraq,həbs olunmaq yerinə ev dustaqlığına cəlb olunub. Məntiq Mehdiyev bir neçə şəxslərin qanunsuz həbsində saxta hal şahidi kimi işlərə cəlb olunur, Göygöl prokurorluğunda müxtəlif formada insanların üzünə durmaqla məşğuldur. Onlardan biri də 05.07.2022-ci ildə şərlənərək həbsə məruz qalan jurnalist,siyasi-məhbus Osman Nərimanoğludur.Jurnalistin həbsində də Məntiqin saxta zərərçəkmiş şahid kimi adı keçir.
