Jurnalistin kasassiya şikayəti prokurorluğun sabiq əməkdaşına verildi

  • 22 avq 2024, 00:01

Əli qanlı səfillər padşahı BAŞ PROKURORLUQ daha nə qədər insanların qanını içəcək?! Daha nə qədər ailələr, balalar gözüyaşlı qalacaq, daha nə qədər ölkədə haqq-ədalət carçılarını şərləyərək həbs edəcək?! Gözün doysun Kamran Əliyev! Bəsdir insanları öz ölkəsinə,vətəninə nifrət etdirdiyin. Çək artıq mənfur, qanlı əllərini üzərimizdən. Hər dəfə qarşılaşdığımız haqsızlıqla bağlı DİN-in qaynar xəttinə(102), DTX-ya, Ombudsman aparatına müraciət edəndə  sözümüzü ağzımızda qoyub bu məsələ bizim səlahiyyətimizdə deyil, siz Baş Prokurorluğa müraciət edin deyib yola verirlər. Bizdə çarəsiz vəziyətdə üz tuturuq jurnalistlərin, siyasi-məhbusların, günahsız insanların  ömürlərindən illərini oğurlayan quruma Baş Prokurorluğa. Müraciətimizdən 1 ay sonra gülünc cavab göndərib məsuliyyəti üzərlərindən atırlar. Mövzu qalır kənarda biz deyirik,yazırıq ki, ay Kamran Əliyev sənin özün,müavinin hansı əsasla jurnalist Osman Nərimanoğluna 182.2.2-ci maddəni tətbiq etdiniz, hansı sübutlara dayandınız? Bir insanın,bir ailənin taleyi ilə oynamaq, gələcəyini məhv etmək bu qədərmi asan gəldi sizlərə? Adama 182-ci maddəni tətbiq etdiniz, kimi şantaj etmişdi,kimin arvadının,qızının lüt şəkilləri, parnoqrafiq görüntüləri varıydı ki, siz o maddəni tətbiq etdiniz Nərimanoğluna?

 Sübutsuz halda bir ailəni 2 ildən çoxdur ki, hüquqi-terrora məruz qoymusunuz. Kamran Əliyev sənə səslənirəm, sənin bizimlə, ailəmizlə nə düşmənçəliyin vardı və ya sifarişi hardan  almışdın ki, bizim hüquqlarımızı əlimizdən alıb iki ildən çoxdur ki, əsir götürmüsən?! Heçmi Allahdan qorxunuz yoxdur, heçmi düşünmürsünüz ki, bu etdikləriniz bir gün balalarınızın qabağına çıxar? Mən 25 aydır istər şifahi,istər yazılı sənə, oturduğun, idarə etdiyin Baş Prokurorluğa müraciət edirəm ki, sənin nümayəndələrin qanımızı içir, bölgələrdə vampirliklə məşğuldurlar, müavinin əsassız olaraq,göstərişlə,sifarişlə jurnalistin istintaq müddətinin uzadılmasına imza atır, siz mənə utanmadan " hə sizin yoldaşınız R.Osman 182-ci maddə ilə həbs olunub" cavabını göndərirsiniz. Budur sizin araşdırmanız?  Siz bizi ələ salmısınız, ya konstitusiya maddələrini? Oturmusuz isti yerinizdə, kreslonuzda kefinizlə səlahiyyət yerinə yetirirsiz. Arada vaxt edin vicdanınızı da işə salın. Unutmayın ki, zalimin zülmü varsa da, məzlumun da ahı var. Bu qədər ah almayın. Bir gün bütün bu haqsızlıqlara görə cavab verəcəksiniz.

 Mən də həyat yoldaşı olaraq haqlı müraciətlər edirdim. Haqlı müraciətlərimin qarşısının alınması üçün qondarma cinayət işində mənə qarşı da şantaj, böhtan, hədə-qorxu kimi çirkin əməllər edirdilər. Göygöl rayon Polis şöbəsində açılan bu qondarma işin icraaçısı, Gəncə hadisələrində yüzlərlə ailəni gözüyaşlı qoyan, yüzlərlə insanlardan rüşvət aldığı iddia olunan Samir Rüstəmov kimi tanınan istintaq bölməsinin rəisi özünün də bildirdiyinə görə bütün bu işlərin arxasında birbaşa Baş Prokurorluq dayanır. Sizlər 182-ci maddəni anlaya bilmirsizsə, bir jurnalistin taleyi ilə belə oynayırsınızsa bu qədər ölkə, bu qədər ölkənin vətəndaşları, 10 milyonluq əhali sizə nəyə görə etimad göstərib? Cinayət təqibi, qanunvericiliyə nəzarət necə sizə verilib ki, siz adi formada hüququnuz, biliyiniz çatmır ki, 182-ci maddənin Osman Nərimanoğluna heç bir aidiyyatı yoxdur. Saxta ittihamı məhkəməyə göndərib məhkəməni də şantaj edib təsir altına salıb qorxudaraq, tapşırıqla, sifarişlə hökm çıxartdırıb əlinizə aldığınız hökməmi güvənirsiniz? Bütün ölkə bilir ki, məhkəmələr sizin ittihamlarınızdan kənara çıxa bilmir. Hakimlər özləri belə müstəqil olduğu halda onları da qorxudub təhdid altında saxlayıb şantaj edirsiniz.

Jurnalistin işini icraata götürən hakim Nazim Mövsumov siyasi-məhbuslar və ictimai fəalların işləri üzrə qanunsuz hökmlər çıxaran hakim kimi tanınır. Eləcə də Osman Nəriman oğluna aid işlə əlaqədar bildiririk ki, Nazim Mövsumov əvvəllər Gəncə Ağır Cinayətlər məhkəməsində hakim işləyib və hal-hazırda Gəncə Ağır Cinayətlər məhkəməsinin sədri vəzifəsini icra edən Natiq Əliyevlə səmimi, şəxsi münasibətləri var. Ona görə də hesab edirik ki, qanunvericiliyə uyğun olaraq bu hakim şəxsi asıllıq münasibətinə görə jurnalistin işinə qeyri obyektiv baxacaq. Bu hal sübut edir ki, Osman Nərimanoğluna aid qondarma cinayət işini təşkil edənlər Ali Məhkəmə mərhələsində də onun qanunsuz həbsdə saxlanılmasında, hökmü qüvvədə saxlanılmasında maraqlıdır. Nazim Mövsumov Baş Prokurorluğa bağlı şəxs olduğuna görə, jurnalistin həbsinin də təşkilatçısı kimi Baş Prokurorluğu gördüyümüz üçün, hesab edirik ki, bu da prokurorluğun sifarişini yerinə yetirəcək. Kariyerasına baxanda da məlum olur ki, Baş Prokurorluğun tabeliyində çalışıb. Ona görə də təsadüfü deyil işin ona verilməsi və o, ittiham tərəfin müdafiəçisi qismində çıxış edəcək, yəni, inanmırıq hakim kimi işə baxsın.

Onu da bildirək ki, jurnalist Osman Nərimanoğlu Ali məhkəmədə işinə baxılmasına görə təyin olunan Nazim Mövsümovun hakim kimi sərdlik etməsinə etirazını rəsmi qaydada bildirib.

Oxşar xəbərlər