Osman Nərimanoğlu: Prezidentin siyasətinə XƏYANƏT edirlər.

  • 22 iyul 2024, 12:55

Mən Rzayeva Arzu Mətləb qızı,jurnalist,siyasi-məhbus Rzayev Osman Nəriman oğlunun həyat yoldaşıyam. Həyat yoldaşım Rzayev Osman 05.07.2022-ci il tarixindən dövlətin malını çapıb talayan, korrupsiya əməlləri ilə vətəndaşları təngə gətirən harınlamış dövlət məmurlarının şər-böhtanları ilə həbs olunmuşdur. Həyat yoldaşıma tətbiq olunan CM-nin 182.2.2-ci maddəsinə dair heç bir sübut,dəlil olmamasına baxmayaraq,bununla bağlı Azərbaycan hakimiyyətinə,ölkə rəhbəri İlham Əliyevə, yuxarı dövlət orqanlarına dəfələrlə müraciətlər etsək də,təəssüf ki, səsimizi duyan,harayımıza səs verən olmadı. Və 25.01.2024-cü il tarixində Gəncə Ağır cinayətlər məhkəməsinin ədalətsiz,qanunsuz,sifarişli hökmü ilə 6 il 6 ay azadlıqdan məhrumedilmə cəzası verilmişdir. Saxta qərardan Gəncə Apellyasiya məhkəməsinə şikayət verilsə də,təəssüf, cəmi 1 proses keçirən Apellyasiya Məhkəməsinin vicdanını itirmiş üç(3) hakimləri də heç bir araşdırma aparmadan,hətta, vəkilsiz proses keçirərək qərar qəbul edərək, Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmünü qüvvədə saxladılar. Rzayev Osman artıq 2 ildir ki,hökm altında məhkumluq həyatı yaşayır. Qanunsuz şəkildə 6 nəfər hakimin sifarişlə qəbul etdiyi hökm altındadır. Ola bilməz axı 6 nəfər hakim bir müstəntiqin qondarma iş materialını köçürüb qərar qəbul etsin. Ola bilməz ki,bu siyasi xaraket daşımasın,necə ola bilər ki,toxunulmazlığı, müstəqilliyi olan hakimlər müstəntiqin yaratdığı nağıllara inanıb, üzə duranların nağıllarına inanıb bir şəxsi, jurnalisti azadlıqdan məhrum etsinlər. Bu sübut edir ki, "dövlət sifarişidir". Və yaxud da, dövlətin adından danışan,prezidentin etimadından özünə güc götürən, qüvvə götürən şəxslərin marağı nəticəsində həbs olunub.

Hazırda Bakı şəhəri 13 saylı cəzaçəkmə müəssisəsində əsir saxlanılan jurnalistin ailəsi ilə qanunvericilikdə nəzərdə tutulan görüntülü danışıq hüququ əlindən alınıb,ancaq, həftədə 15 dəqiqəlik danışıq imkanı var, həftədə nəzərdə tutulan 3-4 saatlıq ailə görüşündən onsuz da məhrum edilmişik. Çünki 400 km.lik yolu hər həftə gedib 3-4 saatlıq görüş həyata keçirə bilmirik. Faktiki olaraq bütün bunları bilərəkdən edirlər ki, qoy ümumilikdə bütöv bir ailə terrora məruz qalsın. Bizi islah etmək istəyənlərin özlərini korrupsiya, rüsvətxor əməllərinə görə, ölkə rəhbərliyini aldatdıqlarına görə islaha ehtiyacları var. Cəmiyyətə düşmən kəsilənlərin islaha ehtiyacları var. Dövləti, milləti, cəmiyyəti düşünənlərin islaha ehtiyacı yoxdur. Cinayətişi materiallarındakı məqalələrdə kimlər ifşa olunmuşdursa, onların islaha ehtiyacı var. Bunlar islahnan işgəncəni səhf salırlar və işgəncəylə məşğuldurlar. Baş Prokurorluq bir başa ölkə vətəndaşlarına qarşı işgəncə mexanizmini işə salıb. Burda islahetmədən, hansısa cəza növündən söhbət getmir. Azərbaycanda Baş Prokuror kimi istəyirsə,hansısa maddi marağı hesabına, hansısa məmur dostunun maddi marağı təmin olunsun deyə kimi istəyir həbs edir. Hakimlər prokurorluğun göstərişi ilə sifarişli hökm verirlər. Ona görə də ittiham aktını olduğu kimi hökmə köçürüb qərar qəbul edirlər. Bununla da mesaj verirlər ki, hökmü biz çıxartmamışıq, biz prokurorluğun yazdığını sadəcə olaraq hökmə çevirmişik. 182.2 2-ci maddəni tövsif edən Baş Prokurorluq, baş prokurorun 1-ci müavini Elçin Məmmədov işə nəzarət edən şəxs, məhkəmənin özü anlamırmı ki, məqalələrin mahiyyətində 182-ci maddəyə dair heçnə yoxdur. Heç kimin anasının,bacısının və yaxud özünün lüt şəkilləri, parnoqrafiq vidyosu yoxdur. Ölkənin Baş Prokuroru da Ali məhkəmənin sədri kimi, hakimlər kimi elmi dərəcəyə sahib olası şəxslər olmalıdır. Əgər bir şəxs, bir baş prokuror CM-nin 182.2.2-ci maddəsini quru mülahizələrlə jurnalistə qarşı yönəldib onun tövsifini anlaya bilməyəcək səviyyədə dayaz düşüncəsi varsa bu necə ölkənin baş prokurorudur? Bu hansısa bir nazirliyə qarşı açılmış iri korrupsiya cinayətlərini necə oxuyub anlaya bilər? Bu elmi dərəcəyə sahib olası adam olmalıdır ən azından. 182-ci maddənin Ali Məhkəmə pleniumunun qərarları var, onunla bağlı qərarları bu adam düşünüb oxuyub anlaya bilmirsə, cinayət materiallarında şikayət olunan şəxs şikayət edir ki, mən qondarma cinayət işi üzrə həbs olunmuşam. Kamran Əliyev iş materiallarını vərəqləyəndə görmür ki,182-ci maddənin Osman Nəriman oğluna aidiyyatı var yoxsa yox? İşdə adı keçən saxta zərərçəkmiş kimi tanınanlara hansı maddi-mənəvi zərər vurulub,onların ana-bacısının yaxınlarının jurnalistdə lüt şəkilləri, parnoqrafiq görüntüləri var yoxsa yox? Bir şəxsi tənqid etmək rüsvayetmədir? Misalçün, 50-100adam ictimaiyyətdə, cəmiyyətdə, iş yerində, xəstəxanada hamı bilir ki, qazon örtüyünün üstündə maşın dayanır,burda hansı rüsvayedici məlumatdan söhbət gedir? Prezident bütün gün çağırış edir ki, sosial mübarizələr aparın, ictimai rəy formalaşdırın, yerlərdəki məmur özbaşınalığına qarşı mübarizə aparın. Prezidentin bu çağırışına səs vermək belə çıxır lazım deyil? Ya prezident aldadır vətəndaşları ki, kim çağırışa cavab versə həbs eləsinlər onu, ya Baş Prokurorluq prezidentin çağırışına qarşıdır... Prezident deyir ki,sən yerlərdə ictimai rəyi formalaşdır, qoy insanlar, jurnalistlər ifşa etsin bu rüşvətxor məmurları, dövlət düzəlsin, cəmiyyət idarəetməsi düzəlsin. Bunlar da jurnalisti həbs edir, həbs etməklə nəyə nail olurlar? Prezidentin siyasətinə bunlar özləri birbaşa qarşı çıxırlar və prezidenti aldadırlar. Prezident Baş Prokurorluqdan soruşsa ki, bu jurnalistin ailəsi şikayət edir, məktublar yazır, sosial şəbəkələrdə müraciətlər edir, nə məsələdir ay Kamran Əliyev? Əgər ölkə rəhbəri bunu soruşursa, baş prokuror ona həqiqəti, düzgün məlumatı verirmi sizcə? Versə ümumiyyətlə niyə 182-ci maddə Osman Rzayevə tətbiq olunsunki? Belə çıxır ki, ölkə rəhbərini aldatmaqla məşğuldurlar. Prezident ona inanıb onu ora təyin edib ki, onu aldatsın, ələ salsın? Baş Prokurorluq əslində jurnalisti həbs etməyib, o prezidentin siyasətinə qarşı XƏYANƏT EDİB. Çünki, bir jurnalistin 182.2 2-ci maddə ilə şərlənərək həbsinə göz yummaq, 6 hakimin, prokurorluğun prezidentin siyasətini ələ salmaq aktıdır. Bu həbs təkcə bir ailəyə qarşı hüquqi-terror hadisəsi deyil, bu ölkə prezidentini, etimadına xəyanətdir, dövlətə, CM-nin qanunlarına xəyanətdir.

Onu da qeyd edək ki, jurnalistin barəsində qondarma cinayət işinin içərisində olan,onun əleyhinə olan bütün məqalələri vaxtılə dərc edildikdən qısa zaman sonra aidiyyatı üzrə həm Baş Prokurorluğa, həm Prezident Adminstrasiyasına, həm bütün aidiyyatı qurumlara ünvanlanıb, göndərilib və təkidlə tələb edib ki, tədbir görülsün. Bu necə şantaj etmək, necə rüsvayedici məlumat idi ki, yuxarı orqanlar məktubu qəbul edəndə deyərdiki, bu nə rüsvayedici məlumatlar yazıb göndərir bizə. Tədbir görmək əvəzinə özünü həbs etdilər. Dövlətin, hüquq-mühafizə orqanlarının tədbiri budur ki, yazan şəxsi susdurmaqdan ötrü, jurnalistin belini qırmaq üçün, yazılar olmasın deyə, korrupsiya cinayətləri artsın deyə həbs etsinlər, içəri salsınlar. Nəticə etibarı ilə məmurlar yenə qazanır, yenə xəstəxanada talamalar, dağıdıcı hallar davam edir. (Söhbət Göygöl RMX-dan gedir) Rüsvayedici hallar orda baş verir, mətbuatda rüsvayedici hallar yoxdur. Rüsvayedici hal odur ki, dövlətin xəstəxanasını talayıb dağıdırlar prokurorluq susur, rüsvayedici məsələ odur ki, hakimlər düzgün prosessual hərəkətlər aparmır, araşdırma aparmır jurnalistə 6 il yarım yükləyir. Yəni rüsvayedici məlumatları bunlar özlərinin ənəllərində axtarsınlar. Yazılan məqalələrdə həqiqət əks etdirilib, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı dövründə zərərçəkmiş və şahidlərin də dediyindən aydın olur ki, məqalələrin mahiyyətindən də aydın olur ki, orda heç bir nəinki rüsvayedici məlumat, heç bir həqiqətə uyğun olmayan məlumat yayılmayıb. Orda heç kimin özü və ya yaxınları barəsində rüsvayedici məlumat yayılmayıb. Görünür Kamran Əliyev sosial şəbəkədə prokurorluğun adına açılmış və özünün şəxsi gmail ünvanına baxmır, heç vaxt oxumur. Oxusa bilərdi ki, həmin məlumatlar onun özünə və prokurorluğa yönəldilib, göndərilib baxılması üçün. İndiyə qədər niyə baxmayıb, həmin özbaşınalıq faktlarını niyə araşdırmayıb, 2 ildən 3 ildən sonra jurnalistin həbsinə nail olur götürüb sanksiya verir ki, bu adam tutulmalıdır. Nəyi araşdırır həmin məqalələri niyə hələ də araşdırmır? Ona görə ki, məqalələrdə tənqid edilən şəxslər sifarişçidir, onları qorumaq lazımdır.

Osman Nəriman oğlu dövlətin ona qarşı bu qədər laqeyd,biganə yanaşmasına təəssüf edir, vətənpərvər, dövlətini sevən,ömrünün 17 ilini  jurnalistikaya həsr edərək hər zaman haqq-ədalət carçısı olan bir vətəndaşına qarşı məmur şəbəkəsinin "hüquqi terror" aktına görə Azərbaycan hakimiyyətinə, prezident İlham Əliyevə, bütün bu qanunsuzluqlara   bilərək göz yuman Baş Prokuror Kamran Əliyevə müraciət edərək dərhal onu qəbul etməklərini tələb edir.

Biz artıq bu haqsızlığa dözə bilmirik, 2 ildir həyat yoldaşımı şərləyib həbs edən bu hakimiyyət bir dəfə olsun maraqlanmayıb ki, atalarını həbs etdiyimiz iki oğul övladları necə dolanır, ailəmizə heç yerdən gəlir gəlmir, pulumuz yoxdur deyə heç yerdə işə götürmürlər, Göygöl İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm,mənə cavabları "özün axtar tap" olub. Ona görə də sizə səslənirəm ey Azərbaycan hakimiyyəti! Vaxt çatanda hansı üzlə gəlib qapımı döyüb mənnən 2 əsgər istəyəcəksiniz ki, atalarını şərləyib həbs edən Azərbaycan hakimiyyətini qorusun!?

Bir az olsun vicdanınız varsa, damarlarınızda müsəlman qanı axırsa bu müraciətimə baxın,araşdırın və tədbir görün, bir birinizə ötür-ötür edib vicdanınızı rahatlatmayın...

Oxşar xəbərlər