Xəbər lenti
Bütün xəbərlər

"Azərbaycanda koronavirus pandemiyası yoxdur, "COVİD-19" xofundan çıxmalıyıq.." - Prof M.Əliyev

  • 06 apr 2020, 19:24
Azərbaycanın tanınmış professoru Mübariz Əliyev dünyada yayılmaqda olan koronavirus pandemiyası barədə maraqlı fikirlər səsləndirib. 
"Demokratik.Az"-ın məlumatına görə, Professor bu virusun insan tərəfindən siyasi və iqtisadi məqsədlər üçün yaradıldığını və dövriyyəyə buraxıldığını qeyd edib. Və dünya ölkələrinin bir çoxunun statistikasını xatırladaraq, əslində o ölkələrdə başqa xəstəliklər səbəbilə ölənlərin yalandan koronavirusla əlaqələndirilməsinin absurd olduğunu iddia edib. Dünya alimlərinin artıq duruma protest etdiyini deyən professor Azərbaycanlı elm adamlarını da bir araya toplaşmağa, real müzakirələrə dəvət edib. Hər şeyi bir korona əfsanəsinə qurban verməməyə səsləyib.
Professor həkim Azərbaycanda koronavirus pandemiyası olmadığını bildirərək insanları aşırı panikaya və qorxuya düşməsini pisləyib. Hökuməti qorxu pandemiyasından cəmiyyəti çıxarmaqla iqtisadiyyatın hərtərəfli inkişafı ilə məşğul olmağı, mövcud vəsaitlərimizi elmimizin və sənayemizin inkişafına yönəltməyi vacib sayıb. Koronavirus təbliğatını dayandırmağı istəyib.
M.Əliyev onu da bildirib ki, bu virusun qanda müəyyən edən ideal laborator test əslində yoxdur, ölüm və yoluxma halları əvvəlki illərdəki kimi təbii dəyişkənlikdir.
O hesab edir ki, biz dünyəvi mafiozların panikasına uymamalı və qorxmamalıyıq. İndiki durumda qorxu pandemiyasına qalib gəlməliyik.
Mübariz Əliyevin maraqlı videoçıxışını təqdim edirik:
Oxşar xəbərlər