Xəbər lenti
Bütün xəbərlər

“Mehriban Əliyeva xalqın hər zaman rəğbətini qazanıb”

  • 21 fev 2017, 19:10

"Ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın 1-ci vitse prezidenti təyin edilməsi Azərbaycanın inkişafının təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edir".

Bu sözləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, ölkəmizin istər siyasi, istər mədəni, idman və bir çox digər sahələrində uzun illərdir səmərəli fəaliyyəti ilə Mehriban xanım Əliyeva xalqımızın hər zaman rəğbətini qazanıb:

"Eyni zamanda ölkəmizin dünyada tanıdılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun həyata keçirdiyi uğurlu layihələr hər zaman dövlətimizin inkişafın təkan verib. Əminik ki, yeni vəzifəsində də Mehriban xanım Azərbaycanın daha da çiçəklənməsinə öz tövhəsini verəcək".

 

Demokratik.Az

Oxşar xəbərlər