Naxçıvan Konstitusiyasında dəyişiklik gözlənilir

  • 21 fev 2017, 09:04

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasının çağırılması haqda qurumun sədri Vasif Talıbov qərar imzalayıb.

Demokratik.Az-ın xəbərinə görə, sessiya 2017-ci il fevral ayının 23-nə təyin edilib. İclasda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, NMR-nın 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, NMR-nın Konstitusiyasında dəyişikliklər edilməsi müzakirə olunacaq. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.

 

Demokratik.Az

Oxşar xəbərlər