Düşmən səngərlərində PANİKA

  • 18 fev 2017, 23:31
Son bir neçə ay ərzində düşmən ordusundakı əsgərlər arasında ölüm halları daha artıb... Belə ki, ölüm hallarının baş vermə səbəbləri son vaxtlar sirr olaraq erməni ictimaiyyətinə açıqlanmır. Maraqlı burasıdır ki, ictimaiyyət arasında Serj Sarkisyana qarşı qəzəb hissi baş qaldırıb. Artıq sosial şəbəkələrdə erməni fəalları Sarkisyanın bilərəkdən ailənin tək övladlarını Qararabağa göndərib öldürtməyindən yazıblar. 

Belə hadisələrdən biri də bu gün baş verib. Beləki, bu gün saat 11:45-də Ermənistanın müddətli hərbçisi Lernik Osayan aldığı güllə yarasından yerindəcə keçinib.

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində yerləşən işğalçı ordunun hərbi hissələrindən birində fevralın 18-də təxminən saat 11:45-də naməlum şəraitdə müddətli hərbi xidmət keçən 19 yaşlı əsgər Lernik Osyanın ölümcül güllə yarası alması bir müddət ictimaiyyətdən gizlədilsə də, sonda buna muyəssər ola bilməyiblər.

Erməni mətbuatının verdiyi xəbərə görə, Qarabağda ölən 19 yaşlı Osayan Ermənistanın Lori əyalətindəki Odzun kənd sakinidir. Onun ailənin tək övladı olduğu bildirilir.

Ermənistan vətəndaşı və ailənin tək övladı olan 19 yaşlı Osayanın Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində niyə peyda olduğu barədə açıqlama verilməyib.

Düşmən səngərlərində son vaxtlar bir-birlərini güllələmə hadisələri də əsas mövzulardan biridir. Hətta erməni ordusunda iş o yerə çatıb ki, yuxarı komandanlıq belə QARABAĞLI-İRƏVANLI qarşıdurmasını yatırtmağa çətinlik şəkir...Bütün bunlardan bezən erməni əsgərləri PANİKAYA təmas xəttində xidmət etməkdən boyun qaçıraraq fərariliyə, ən pis halda isə özünuintihara əl atırlar...

Miq.az
Oxşar xəbərlər