Cavid Qurbanov yeni lokomotiv alır-276 milyon kreditlə

  • 16 fev 2017, 12:36

Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyanlı dartı sisteminə keçidinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının müasirləşdirilməsi məqsədi ilə 50 ədəd lokomotivin alınması üçün "Societe Generale” Bankı ilə 30 mart 2016-cı il tarixində 276,8 mln avro məbləğində kredit müqaviləsi imzalanıb.

Təchizatçı şirkət Alstom Transportation S.A-dır. Müqaviləyə əsasən lokomotivlərin istehsalına artıq başlanılıb. Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur.

 

Demokratik.Az

Oxşar xəbərlər