Xəbər lenti
Bütün xəbərlər

Tramp Çin əjdahasını ram edə bilərmi?

  • 13 fev 2017, 15:47

Donald Tramp hakimiyyətə gəldiyi gündən ABŞ-ın ənənəvi iqtisadi partnyorlarından sayılan Çinlə də münasibətləri soyutmağı bacarıb.

 

Xatırladaq ki, Trampı prezident seçilməsi ilə bağlı ilk təbriklərdən biri də Çinin tanımadığı Tayvandan gəlmişdi və prezident həmin təbriki açıq şəkildə sosial şəbəkələrdə elan etmişdi.

Bu isə rəsmi Pekinin qəzəbinə səbəb olmuşdu.

Lakin Ağ Evə yerləşdikdən sonra Donald Tramp məsələlərə daha praqmatik şəkildə yanaşmağı da öyrənib.

Musavat.com-un xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Çin Xalq Resoublikasının sədri Si Tzinpinlə telefonla danışaraq ölkəsinin Çinin ərazi bütövülüyünə hörmət ediyini, "vahid Çin” siyasətindən əl çəkmədiyini bildirib.

Lakin Trampın quru telefon zənginə rəğmən dünyanın iki qüdrətli gücü arasındakı münasibətlərin əvvəlki prezidentlər dövründəki kimi olmayacağı qətidir. Tərəflər arasında soyuq savaşın açıq qarşıdurmaya keçməsi belə istisna edilmir.

 

Ekspertlərin rəyinə görə, Tramp açıq şəkidə özünü yeni Uzaq Şərq siyasətinin konturlarını Çinə göstərmək istəyib: əgər Pekin "vahid Çin” siyasətinin qalmasını istəyirsə, bunun yerinə başqa bir şey verməlidir

 

"Bu, dialoqa və alverə dəvətdir, bu cür ismarışlar isə həmişə iki alternaiv seçim tələb edir”,- rusiyalı ekspert, "Valday” beynəlxalq diskussiya klubunun üzvü Vladimir Petrovski bildirir.

Lakin mütəxəssislərin rəyinə görə, Çinlə münasibətləri düzəltmək, daha doğrusu, Çini "yola gətirmək” siyasəti Tramp üçün asan olmayacaq.
Biznesmen-prezident hələ seçkiqabağı dövrdə Pekinin ünvanına az tənqidlər səsləndirməyib. O, vədlərindən birində ABŞ firmalarının Çindən vətənlərinə geri gətirmək üçün əlindən gələni edəcəyini söyləyib.

Seçki öncəsi Hillari Klintonla debatlardan birində isə Tramp Çini valyuta kurslarında manipulyasiyaya yol verməkdə, ABŞ şirkətlərini yüksək vergilərə tutmaqda və Cənubi Çin dənizinin hərbiləşdirməkdə günahlandırıb.

"Kenon qlobal araşdırmalar institutu”nun elmi əməkdaşı Kuni Miyakeyə görə isə, Tramp əvvəlki administariyanın "Şərqə dönüş” deyilən siyasətində olduğu kimi, lakin daha sərt şəkildə davam etdirir.

Vaşinqtonda buna tarazlığın bərpası adlandırırlar.

 

"ABŞ hərbi gəmiləri bölgədə olduğu tək qalmaqda davam edir. Hazırda Sakit okean regionunda ABŞ hərbi-dəniz qüvvələrinin təqribən yarısı- 180 gəmisi cəmləşib. Əvvəlki rəhbərlik "Şərqə dönüş”ün Çinin regionda hərbi gücünü artırmasından irəli gəldiyini gizlətmirdi. Belə ki, Çinin Cənubi-Çin dənizinin qərbində Spratli arxipelaqı rayonunda süni adalar yaratması ABŞ-ı xüsusilə narahat edir.


Bundan daha öncə ABŞ Sakit okean donanmasının baş komandanı admiral Geri Harris Çinin burada qumdan limanlar, helikopter meydançaları, binalar, uçuş zolaqları tikməklə "Böyük Çin səddi” qurmaq istədiyini söyləmişdi.

2009-cu ildə isə Çin Cənubi-Çin dənizində özbaşına 9 nöqtədən ibarət demarkasiya xətti qurub. Həm xəttin çəkilməsi, həm də tikilməkdə olan yeni adalar ABŞ-ın regiondakı müttəfiqləri sayılan Vyetnam, Bruney, Filippin və Malayziyaya, əslində isə Vaşinqtona meydan oxumaqdan başqa bir şey deyil.


Keçən ilin yayında Haaqa münsiflər məhkəməsi Pekinin Cənubi-Çin dənizi akvatoryasına olan iddialarını rədd edib. Lakin Çin hakimiyyəti məhkəmənin qərarını tanımaqdan imtina edib. Onları ABŞ-ın məsələ ilə bağlı sərt möqveyi də yolundan döndərə bilməyib. "Həmin vaxt Obama çinliləri Cənubi-Çindəki hərəkətlərindən vaz keçirə bilmədi”, - Miyake qeyd edir.


Bütün bunlarla əlaqədar analitiklər beynəlxalq münasibətlərdə "hüququn gücü”nün deyil, "gücün hüququ”na daha çox əhəmiyyət verən Tramp administrasiyasının Çinlə eyni dildə ünsiyyət qura biləcəyini söyləyirlər.

Ekspertlərin fikrincə, Rusiyanın da iqtisadi cəhətdən yaxşı vəziyyətdə olmadığını nəzərə alaraq Çin ABŞ- üçün Moskvanı 1 saylı düşmən rolunda layiqincə əvəz edə bilər. "Lakin Çin özünü vəziyyətə müvafiq surətdə aparacaq. Çinlilər gözəl başa düşür ki, açıq hərbi mübarizədə ABŞ-a uduzarlar”,- Miyake vurğulayıb.


Atlantic Council mərkəszinin aparıcı analitiki Metyu Berrouza görə isə, ABŞ və Çin arasında həm Tayvan, hə də Cənubi-Çin dənizi üstündə "qaynar münaqişə” istisna edilə bilməz.


Bütün bunlara rəğmən analitiklər ABŞ və Çin arasındakı münasibətlərdə praqmatizmin üstünlük təşkil edəcəyinə inanırlar.


Bunu onların iqtisadi cəhətdən bir-birlərindən güclü şəkildə asılı olması məcbur edir. İki ölkə arasında ticarət dövriyyəsi 558 milyard dollar həcmindədir.


Ekspertlərin gəldiyi qənaətə görə, Trampın Rusiya ilə yaxınlaşmaq niyyətlərinin arasında beynəlxalq terrorizmlə mübarizədən başqa Çinlə girişdiyi hərbi-siyasi rəqabət durur.

Tramp vaxtilə Riçard Niksonun SSRİ ilə mübarizədə Çini öz tərəfinə çəkərək sovet dövlətini dünya arenasında tək buraxmaq siyasətini yenidən təkrarlamaq istəyir.

Bu dəfə isə "Çin”in rolunda Rusiyanın özü iştirak edə bilər.

Vaqif Hüseyn,

Musavat.com

Oxşar xəbərlər