“Həzi Aslanov”da eskalator təmirə dayandı

  • 11 fev 2017, 12:05

"Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edib.

"Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Həzi Aslanov stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

Demokratik.Az

Oxşar xəbərlər