Tramp Gülənə də diqqət ayıracaq

  • 10 fev 2017, 21:35

ABŞ Prezidenti Donald Tramp iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş Fətullah Gülənlə bağlı təlimat verib 

 Xarici mətbuatın məlumatına görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bu qərara gəlib.

Məsələ ilə bağlı ətraflı, dəqiq məlumat almaq istəyən Tramp yaxın adamlarına "Bu məsələni də dərhal proqramıma daxil edin”, - deyib.
Qeyd edək ki, Tramp və Ərdoğan arasında baş tutan telefon danışığı zamanı Türkiyə prezidenti terrorçubaşı Fətullah Gülənin rəsmi Ankaraya təhvil verilməsi məsələsini də vurğulayıb.

 

 

Demokratik.Az

Oxşar xəbərlər