Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Türkiyədən İŞİD-ə zərbə
Türkiyədən İŞİD-ə zərbə
- 05 fev 2017, 12:37
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatının 166-cı günündə Suriyanın şimalında terrorçuların mövqelərinə 259 zərbə endirib.
"Report" Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Məlumata görə, zərbələr nəticəsində 33 İŞİD terrorçusu məhv edilib. Xəbərdə həmçinin bildirilir ki, "Fərat qalxanı" əməliyyatının başlandığı gündən bu günə kimi 228 yaşayış məntəqəsini əhatə edən 1880 kvadrat kilometr ərazi terrorçulardan azad olunub.
Həmçinin əməliyyat çərçivəsində ümumilikdə 2156 İŞİD terroçusu və PKK-nın Suriya qanadı olan PYD-nin 321 terroçusu məhv edilib. Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı Suriyanın şimalında ötən il avqustun 24-dən davam edir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Türkiyə İŞİD-in 35 hədəfini darmadağın etdi
İŞİD-in silah anbarı məhv edilib-Suriyada
Türkiyədən terror aktına cavab: İŞİD-in 200 üzvü məhv edildi
Türk ordusundan əks-hücum: İŞİD darmadağın edildi
Suriyada 5 yaşayış məntəqəsi İŞİD-in nəzarətinə keçdi
Suriyada İŞİD-in hücumu - 1 türk əsgəri şəhid oldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti