Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb
Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb
- 26 yan 2017, 12:01
Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb.
Demokratik.Az-ın məlumatına görə, Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.
O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Dəyanət Rzayev ölkəmizdə intihar edən ilk psixoloqdur
24 yaşlı qız özünü asdı-Bakıda
Qızını tövlədə 8 il zəncirləyən "ata"ya cinayət işi açıldı
Sumqayıtda dəhşət: özünü 14-cü mərtəbədən atdı
Gülər Əhmədova yeni işə başlayıb
Balakəndə intihar hadisəsi baş verdi
MTN polkovnikinin kamera yoldaşı da özünü asdı-İddia
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti