Saakaşvilinin sədrliyi qüvvədə qaldı

  • 21 yan 2017, 20:01
Vahid Milli Hərəkat Partiyasının sədri vəzifəsi yenidən Mixail Saakaşvilinin Gürcüstana dönüşünə qədər boş saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə qərar Vahid Milli Hərəkat Partiyasının qurultayında qəbul olunub. Partiya üzvləri Saakaşvilinin Gürcüstana buraxılmaması və ölkə vətəndaşlığının ləğv edilməsini siyasi təqib adlandırıblar.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası bir müddət öncə parçalanıb.

Partiyanın parçalanmasına əsas səbəb Saakaşvilinin lider kimi qalmaq istəməsi olub. Parçalanma nəticəsində Vahid Milli Hərəkat parlamentdə ikinci ən böyük güc olma imkanlarını itirib. Saakaşvili isə olanları milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb.
 
Demokratik.Az

Oxşar xəbərlər