Jirinovskiyə SSRİ xəbərdarlığı: “Ehtiyatlı olun”

  • 21 yan 2017, 19:50
Rusiya Dumasının spikeri Vyaçeslav Volodin Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və digər deputatları Rusiyadakı xalqlar haqqında fikir bildirərkən ehtiyatlı olmağa səsləyib.

 

Axar.az xəbər verir ki, Volodin bunu Jirinovskinin SSRİ-nin çökməsində bəzi respublikaların rolundan danışarkən deyib.

"Rusiya çoxmillətli dövlətdir. Ona görə də biz hansısa millətdən danışanda, xalq haqqında fikrimizi bildirəndə bunu nəzərə almalıyıq. Biz hamımız bu ölkədə yaşayırıq”, – spiker bildirib.

Qeyd edək ki, Jirinovski Dumada çıxışı zamanı SSRİ-nin digər xalqların səviyyəsini qaldırmaq üçün çalışdığını bəyan edib:

"Bu, bizə yaxşı heç nə vermədi. Rusların maraqları o vaxtdan tapdalanır. Nəyə görə rus xalqı digər milli respublikalardakından iki dəfə pis yaşamalı idi? Rusların sənayesində işçi qüvvəsi çatmadığına görə qadınlar işlədiyi halda başqa respublikalarda qadınlar ancaq evdə otururdular”.
 
Demokratik.Az
Oxşar xəbərlər