Hesablama Palatası iki rayonda yoxlamalar aparıb

  • 12 yan 2017, 19:00
Hesablama Palatasının bu il üçün ilk kollegiya iclasını keçirib. İclasda həyata keçirilmiş iki nəzarət tədbirri üzrə hesabatlar müzakirə olunub.  Bizimyol.info xəbər veirir ki, müzakirələr dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Masallı Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin dövlət büdcəsindən Goranboy Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair olub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Kollegiyada  Hesablama Palatasının 2017-ci il üçün iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.
Oxşar xəbərlər