Diktatorun gözəl qızlar “həmləsi”:

  • 07 yan 2017, 20:43
Dünyaya qapalı ölkə olan Şimalı Koreya lideri Kim Çen In dünyanı heyrətləndirən daha bir qərara imza atıb.

İlk dəfə olaraq ölkədə çap edilən təqvimlərdə stüardessa qızların fotolarına yer verilib. 2017-ci il təqvimində stüardessa qızların görüntülərinin yer almasını isə ölkədə inqilaba bərabər tutublar.
Təqvimin ölkəyə turist cəlbi üçün nəzərdə tutulduğu bildirilir. Bundan başqa həm də ölkənin bütün dünyada mənfi olan imicini müsbətə dəyişmək istiqamətində addım da hesab edilir. Təqvimdəki stüardessa şəkillərinin birbaşa ölkə diktatoru Kimin əmri ilə təqvimə yerləşdirildiyi barədə məlumatlar var.

Bundan əvvəl də ölkədə təqvimlər nəşr edilib, lakin hamısında təbiət rəsmləri yer alıb.(cebhe.info)
Oxşar xəbərlər