"Qvardiola "Barselona"nın prezidenti olacaq"

  • 05 yan 2017, 18:29
Məşhur italiyalı məşqçi Fabio Kapello "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqda maraqlı fikirlər bildirib.

Qol.az-ın "Sky Spors"a istinadən yaydığı xəbərə görə, 70 yaşlı mütəxəssis məşqçi karyerasını bitirməyə hazırlaşdığını açıqlayan  Qvardiolanın "Barselona"nın prezidenti olmaq istədiyini bildirib:

"Yəqin ki, artıq Qvardiolanın planı var. Məncə, o, "Barselona"ya klub prezidenti qismində qayıdacaq. Niyə Qvardiola uzun müddət məşqçilik etmək istəmir? Çünki sən nə qədər eyni oyun üslubunu seçsən, rəqiblər komandanı düzgün analiz edəcək və necə mübarizə aparmaq lazım olduğunu biləcək. Qvardiola da bunu başa düşür".

Xatırladaq ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.
Oxşar xəbərlər