ADAU-nun fakültələrində ilin uğurları müzakirə edilib
- 29 dek 2016, 19:50
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
şənliyi Azərbaycan Dövlət Aqrar Universitetində böyük coşqu ilə qeyd edilib.
Bir neçə gün əvvəl Yeni il gecəsi keçirilib, tləbələrlə rektorluq yeni istafadəyə
verilən tələbə evinin həyətində bayram təntənəsini yaşayıblar. Silsilə tədbirləri
davamı olaraq bütün fakültələrdə isə ötən ilin uğurları təhlil edilib, qarşıda
duran vəzifələr dilə gətirilib.
ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"-a verilən xəbərə görə Aqrar İqtisadiyyat, Aqrobiznes və İdarəetmə fakültələrinin professor-müəllim kollektivi də bayram ərəfəsində bir araya gəlib, ilin uğurlarına nəzər salınıb, problem və nöqsanların aradan qaldırılması yolları müzakirə edilib. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tədbirdə çıxış edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dəyərindən, tarixi mahiyyətindən danışıb, kollektivi təbrik edib. Ötən ilin uğurlarından söz açan rektor İbrahim Cəfərov mövcud nöqsanları da nəzərə çatdırıb və qarşıda daha mühüm vəzifələrin olduğunu, bu gün aqrar sahəyə bazar rəqbətli kadrlar hazırlamağın əsas hədəf götürüldüyünü bildirib.
Hər iki fakültənin professor və müəllimləri də çıxışlarında əldə edilən naaliyyətlərin daha da artırılması barədə fikir və təkliflərini səsləndirib, yeni ildə mövcuq çatışmazlıqların aradan qaldıralacağna əminliklə söz veriblər.
Demokratik.Az
