Jurnalist qadın qaçırılıb

  • 27 dek 2016, 17:55

 

 

Naməlum silahlı şəxslər İraqın paytaxtı Bağdadda jurnalist qadını evindən qaçırıblar. Modern.az xarici mediaya istinadən xəbər verib ki, həmin şəxslər özlərini təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edərək Afra Şauki Hammudinin mənzilinə soxulublar. Onlar jurnalistin oğlunun əl-qolunu bağlayıb, mobil telefonları, kömpüteri və pul götürüb Afranı da özləri ilə qaçırıblar. Məlumatda qeyd edilir ki, 43 yaşlı Hammudi ərəb dilində çap olunan "Aş-Şark əl-Ausat” beynəlxalq qəzetində işləyir, eləcə də bir sıra xəbər portalları ilə əməkdaşlıq edirdi.

 

Demokratik.Az

Oxşar xəbərlər