Leyla Yunusun kassasiya şikayəti təmin edildi

  • 27 dek 2016, 17:51

Bu gün Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 09.12.2016-cl il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu haqda Modern.az-a onların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib. 

Vəkilin sözlərinə görə, kassasiya şikayəti qismən təmin olunub:

"Bakı Apellyasiya Məhkəməsinin 09.12.2016-cl il tarixli apellyasiya şikayətinə yekun baxış iclasının qərarı ləğv olundu və iş yeni apellyasiya baxışına qaytarıldı”.

Leyla Yunus Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakları müsadirə olunmaqla 8 il 6 ay, həyat yoldaşı Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə Yunusovların hər iksiini 5 il şərti cəza ilə azadlığa buraxıb.

 

Oxşar xəbərlər