"Tu-154" təyyarəsinin gövdəsi tapıldı

  • 26 dek 2016, 18:08
Rusiyada dalğıclar Qara dənizdə qəzaya uğrayan "Tu-154” təyyarəsinin füzelajını (gövdə) aşkar ediblər.

Bu barədə AzVision.az "İnterfax”a istinadən xəbər verir. 

Təyyarənin gövdəsi sahildən 1,7 km aralı 27 metr dərinlikdə aşkarlanıb, o güclü şəkildə zədələnib. Hazırda təyyarənin sudan çıxarılması üçün vasitə axtarılır.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.
Oxşar xəbərlər