ABŞ Türkiyənin ən etibarsız müttəfiqidir - AKP

  • 25 dek 2016, 10:45
Əl Babda 16 şəhid verməyimizin səbəblərindən biri də ABŞ-ın siyasətidir.

 

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP)deputatı Məhməd Əli Şahin deyib.

O bildirib ki, ABŞ Türkiyə üçün ən etibarsız müttəfiqə çevrilib:

"Siz (ABŞ) necə dostsunuz ki, 40 ildir ki, polisimizi, əsgərimizi, bir sözlə vətəndaşımızı şəhid edən PKK-ya silah verirsiniz. PYD-yə verdiyiniz silahlar PYD-nin əlindədir. Hazırda PKK və İŞİD-lə həqiqi mübarizə aparan Türkiyə Cümhuriyyətidir”.
Oxşar xəbərlər