“Sosial evlər” layihəsində-

  • 24 dek 2016, 14:24

Bu gün ölkə başçısı cənab İlham Əliyev təqdirəlayiq addımı ilə bir daha diqqət çəkib. Prezident ad günündə sosial evlərin təməlini qoydu. Eşq olsun!!!

Demokratik.Az bildirir ki, dekabrın 24-də Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Demokratik.Az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.

 

Prezident Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.

Demokratik.Az

Oxşar xəbərlər