Sui-qəsd gecəsi Putin hansı tamaşanı izləmə gedib?

  • 20 dek 2016, 08:33
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd zəmnində həyatını itirməsindən əvvəl preizdent Vladimir Putin Moskvada səhnəyə qoyulan bir tamaşanı izləməyə gedirmiş.

Məlumata görə, bu tamaşanın yazarı 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyev olub. 
Bildirilir ki, 1829-cu ildə diplomatik qarşıdurmalar zəmnində səfirliyə hücum edən iranlılar Rusiya səfirini öldürüb. Bəzi qaynaqlar bu qətlin arxasında ingilis agentlərinin olduğunu iddia edibr.

Musavat.com xəbər verir ki, bu qəribə təsadüfü "Financial Times"-ın Moskvadakı müxbiri Maks Seddon ortaya çıxarıb.  M.Seddonun bu barədə attığı tvit yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər bu xəbərin altına "Ankaradakı sui-qəsd Putinə və ya İrana göndərilən mesajdır?”, şərhini yazıblar.

Oxşar xəbərlər