Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Memar Əcəmi” metrosunun qarşısında qətl
“Memar Əcəmi” metrosunun qarşısında qətl
- 14 dek 2016, 19:42
Hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. 25-30 yaşlı oğlan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxsin kimliyi hələlik məlum deyil.
Hadisə yerinə Nəsimi rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin baş verdiyi yer müayinə edilməklə müxtəlif ekspertizalar təyin olunub.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti