Xəbər lenti
Bütün xəbərlər

Taleh Bağırzadənin məhkəməsində qalmaqal

  • 14 dek 2016, 17:55

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə  ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edibGünün ikinci yarısında ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi  günün ikinci yarısı davam edib. 

Prosesdə qalmaqal baş verib. Belə ki, hakim Əlövsət Abbasovla təqsirləndirilənlər arasında mübahisə baş verib. Belə ki, prosesdə təqsirləndirilən şəxslər zalda iclası izləyənlərdən  birinə etiraz ediblər.
Onlar həmin şəxsin polis olduğunu deyərək,  onun zaldan çıxmasını tələb ediblər. Həmin şəxs isə  özünü jurnalist kimi təqdim etsə də, harada işlədiyi haqda məlumat verməkdən imtina edib.  Bu zaman Taleh Bağırovla hakim arasında mübahisə yaranıb.
Hakim Taleh Bağırovun zaldan çıxarılmasını tələb edib. Daha sonra isə hakimƏlövsət Abbasov da zalı tərk edib və proses yarımçıq saxlanılıb.
Məlumata görə, proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Demokratik.Az

Oxşar xəbərlər