“Sizin ölkənizdə hər şey necə də dəyişib...” - Netanyahu

  • 13 dek, 17:53
  • baxış sayı: 503
İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün mətbuata açıq hissəsində mehribancasına qəbula görə dövlət başçısına təşəkkür edib.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti ilə söhbətində Netanyahu son illər Bakıda gedən dəyişikliklərdən təəcübləndiyini gizlətməyib. "Sizin ölkənizdə hər şey necə də dəyişib! Mən bunu təyyarəmiz Bakıya enəndə gördüm”-Netanyahu deyib. 

İsrail baş naziri iki ölkə arasında isti münasibətlərin mövcud olduğunu bildirib. O, israillilərlə azərbaycan arasında xeyirxah münasibətlər haqda danışaraq deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır. Habelə minlərlə adam Azərbaycandan İsrailə köçüb.

İlham Əliyev isə deyib ki, Azərbaycanda böyük yəhudi icması yaşayır, onlar cəmiyyətin mühüm tərkib hissəsidir. "Bu, bizim ölkələrimiz arasında münasibətlərin inkişafının əsasını təşkil edir. Bu gün Siz Azərbaycandakı yəhudi icmasının nümayəndələri ilə görüşdünüz”-prezident əlavə edib.

Netanyahu öz növbəsində qeyd edib ki, Azərbaycanla İsrail arasında münasibətlər bütün sferalarda inkişaf edir, xüsusən də yüksək texnologiyalar və energetika sahəsində.
Oxşar xəbərlər