Yeni cərəyan – könüllülük

  • 12 dek 2016, 21:24

5 Dekabr Azərbaycanda Könüllülər günü kimi qeyd olundu. Bu günün bir neçə il əvvəl Azərbaycanda təmtərahla keçirilməsi aktual olmasa da, bu gün on minlərlə gənci özündə birləşdirən yeni cərəyan – könüllülük bunu vacib etdi və istər idman, istərsə də qeyri idman sahəsində toplanan gənclər məhz bu gündə bir araya gəldilər. Bu sözləri İslam Həmrəylik Oyunlarının əməliyyat komitəsinin direktoru Elçin Səfərov söyləyib.

O həmçinin qeyd edib ki, könüllülük ən böyük təcrübədir: "Hal -hazırda gələn il keçiriləcək iki mötəbər tədbirə Formula 1 Baki Qran Prisi və IV Islam Həmrəyliyi Oyunlarına könüllülərin qeydiyyatı gedir. Hər iki tədbir coğrafiyasına görə iri miqyaslı idman tədbirləridir və Bakı buna çox ciddi hazırlaşır.

Əslində könüllü olmaq idealogiyası maraqlı emosional haldır. Insan özü daxilində bir suala cavab verməlidir: Mən bununla nə etmək istəyirəm? Bu mənim ürəyimcədirmi? Doğrudanmı könlüm bu məsuliyyəti götürməklə məni vətəndaş olaraq rahat edir?

Etiraf edək ki, könüllülərimizin 99%-ı tələbələrdir. O tələbələr ki onlar məktəb oturacaqlarından sonra sanki yeni həyata qədəm basıblar, yeni müəllimlər,təhsil programı, imtahanlar…və bunlarla yanaşı beynəlxalq tədbirlərdə iştirak şansı.

Hər bir tələbə onun bu tədbirlərdəki mənfəətini gözəl anlayır. Onları sıralayaq:

Birincisi; kütlə qarşısında iş təcrübəsi, məsuliyyət hissinin kəşfi

Ikincisi; yeni elaqələr, dostluqlar,sağlam mühitdə davranış qaydaları

Üçüncüsü; xarici dilini oyrənilməsi ve istifadəsi üçün rahat məkan

Dördüncüsü; ölkə üçün əhəmiyyət daşıyan tədbirdə vacib qüvvə tərkibində olmaq

Beşincisi; təşkilatçılıq qabiliyyətinin aşkar olunması və ya digər sahələrlə tanışlıq.

Altıncısı; asüdə vaxtın səmərəli istifadəsi, fəxarət hissinin yaranması.Bu gün gənclər daha çevik, maraqlı, müasir, savadlı, işguzar olmaq istəyirlər. Bunun uçün daim axtarışdadırlar. Onlar hər bir tədbirdə "Vətən”, "Qarabağ”, "’əsgərimiz”, "Bakı”, "Mədəniyyətimiz”,” Ədəbiyyatımız” kimi mövzuların müzakirəsini aparmaqdan çəkinmirlər və bunu elə bir qürurla edirlər ki, burda könüllülük qabarıq şəkildə bəhrəsini verir. Könüllülük təcrübəsi olan gənc açıq fikir söyləməkdən çəkinmir, öz fikrini sərbəst ifadə edir və ünsiyyət yaratmağın metodikasını bilir. Çox sayda insanlar arasında özünü necə aparmalı, təhlükəsizlik qaydalarına necə riayət etməli, ölkəyə gələn qonaqlara hansı qayğını gostərməli olduğunu çox aydın həyata keçirir və bu məsələlərdə komanda şəklində işləməyin əhəmiyyətini anlayır. Bu adi məsələ deyil və heç bir ali məktəb auditoriyasında oyrədilmir. Bu məhz məkanlarda yaranır. Biz mədəniyyətimizin bir hissəsi kimi gənclərin valideynlərlə bağlılıq məsələsini də qeyd etməliyik. Könüllülük prosesində valideynlərin razılığı, bəzi hallarda iştirakı, dəstəyi çox önəmlidir. Gənc mütləq evdə bu məsələni danışır və valideynlərin fikrini öyrənir. Hər bir valideyn öz övladını savadlı, işgüzar, çox dünyagörüşlü görmək istəyir. Məhz bu yolun könüllülükdən daha asan keçdiyini də gözəl anlayır. Avropa Oyunları zamanı bir qrup məktəbli könüllülərin valideynləri mənə müraciət edərək "Biz uşaqlarımıza sizin yaşınız çatmır, könüllü ola bilməzsiniz- deyə bilmirik” deməsi bizi çətin vəziyyətə salırdı. Bir tərəfdən sevinirdik ki, məhz belə vətənpərvər gənclik gəlir, digər tərəfdən az yaşlıların kütləvi tədbirlərə cəlb olunması risk yaradır. Buna baxmayarag biz onlar üçün də müəyyən vəzifələr goyduq və məktəbli könüllülər bunun öhdəsindən şərəflə gəldilər.

Elə könüllülər haqqında danışmamaq olmaz. Onların əməyi qiymətsizdir. Ölkəmizdən xaricdə əlil könüllülərin cəlb olunması tarixi olsa da biz birinci dəfə onların öz arzusu ilə arzu etdikləri sahələrdə müəyyən işlərə cəlb etdik və onları digərlərindən fərqləndirmədik. Onların üzündəki sevinci, fərəhi ifadə etmək çətindir.

Men bir daha bütün könüllülərimizi təbrik edir, onlara gündəlik heyatlarının maraqlı keçməsi üçün imkan və səbəb arzu edirəm və deyirəm: Sizsiz biz heç nə edə bilməzdik".Qeyd edək ki, könüllü olaraq qeydiyyatdan keçmək üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasında yerləşən qərargaha yaxınlaşıb qeydiyyatdan keçə bilərlər.

Demokratik.Az