“Yeni Müsavat” qəzeti 27-ci yaşını qeyd etdi

  • 10 noy 2016, 20:44

Rauf Arifoğlu: "Azərbaycan oxucularını təbrik edirəm – çünki onların 27 yaşında bir qəzetləri var... ”

 

Bu gün "Yeni Müsavat” qəzetinin 27 yaşı tamam oldu. Dostların, həmkarların təbrik sözləri və arzuları ilə başlanan bu gözəl günü elə öz redaksiyamızda da qutlamaq istədik. Müsahibə, reportaj və 27 illik  qəzet həyatının filmə daşınması öz yerində... Məsələnin bədii hissəsini də yenə öz aramızda, ailə içində qeyd etdik. 

Tortlarımız alındı, çaylar dəmləndi və... biz daha bir tarixi günü qutlamaq üçün bir araya gəldik. "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu hamını təbrik edərək 27 yaşı bir qəzetçinin, qəzetin ömründə böyük hərflərlə yazılacaq tarix adlandırdı. Baş yazarın sözlərinə görə, hər ildönümündə bu vəsilə ilə bir araya gələrkən hər şey bizə "sanki dünənmiş kimi” görünsə də, əslində aradan qosqoca bir il, xəbərlə, olaylarla, tarixi hadisələrlə dolu bir il keçmiş olur: "Biz bir yerdə həm də tarixi yazır və onu yaşayırıq. Mən sizi, bizi, ən əsası isə oxucuları təbrik edirəm. Çünki oxucularımızın 27 yaşlı bir qəzeti var”.
 
Demokratik.Az
Oxşar xəbərlər