Xəbər lenti
Bütün xəbərlər

Məşhur general Həsən Şirinov danışdı-"böhtandır"

  • 04 noy 2016, 19:03
Bir müddət bundan əvvəl bir sıra saytlarda MTN işi ilə bağlı həbs edilən daha sonra azadlığa çıxan Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidovun azadlığa çıxmasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovun köməklik etdiyi, Fətulla Seyidovun bu vasitə ilə azadlığa çıxdığı bildirilirdi. Yayılan məlumatda generalın yaxın qohumu kimi təqdim edilən Fətulla Seyidovun azadlığa çıxması üçün Həsən Şirinovun bir çox qrumlarla danışığa girdiyi bildirilirdi.

Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.

"Başa düşmədim bu məlumatlar hardan çıxır. Mən heç kim üçün xahiş etməmişəm, bu yalan böhtan məlumatdır. Bu məsələlərin mənə nə aidiyyatı var. Belə məlumatlar mənə qarşı yalnış fikir oyadan, qarayaxma kampaniyasıdır."
Oxşar xəbərlər