Demokratik TV
Həbsdən şöbəyə getdi, polis yenidən həbs etdi
Qorxmaz Abbasov: "Günahnsız olaraq 3 il yarım həbsdə yatmışam, indi də qorxumdan rayona gedə bilmirəm”
Orxan Mansurzadə: "Onun barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb”

Q.Abbasov bildirir ki, Ağdaş Rayon Məhkəməsində əvvəl işə baxıldığı üçün məhkəməyə verdiyi etiraz Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib və iş baxılması üşün Göyçay Rayon Məhkəməsinə göndərilib.
"Göyçay Rayon Məhkəməsinin 2 dekabr 2015-ci il tarixli hökmü ilə cinayət hadisəsi olmadığı əsas götürülərək, mənə elan olunmuş ittiham üzrə bəraət verilmişdir. Həmçinin mənim işimlə bağlı olan polislər barədə araşdırma aparılması üçün məhkəmə tərəfindən xüsusi qərar çıxarılmışdır. Bu qərardan prokurorun verdiyi apellyasiya və kassasiya şikayətləri isə yuxarı instansyalar tərəfindən təmin edilməyib”.
Vətəndaşın bildirdiyinə görə, o, günahsız olaraq, 5 sutka inzibati həbs, 4 ay həbs qətimkan müddəti və 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası alsa da, bu işdə günahkar olanlar cəzalandırılmayıb, əksinə bəzilərinin rütbəsi və vəzifəsi artırılıb. "Həmçinin özümə qarşı təhlükə hiss edirəm. Ağdaşa gedib-gələ bilmirəm, hətta mobil telefon da işlədə bilmirəm. Başqa adamlar vasitəsilə mənə hədə-qorxu gəlirlər» - deyə Q.Abbasov bildirir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Bizimyol.info saytının bu şikayətlə bağlı sorğusuna cavab verib. DİN rəsmisinin sözlərinə görə Q.Abbasovun özünə təhlükə hiss etməsi və buna görə Ağdaş rayonuna gedə bilməməsi barədə dedikləri əsasssızdır. "Çünki həmin şəxs istədiyi zaman rayona gedib-gəlir. Qorxmaz Abbasovun bu cür məlumatlarla KİV-ə müraciət etməsi özünü sığortalama cəhdidir. Çünki polis tərəfindən onunla maraqlanırlar. Bunun səbəbi isə həmin şəxsin barəsində olan yeni cinayət işi ilə bağlıdır. Belə ki, özünün də etiraf etdiyi kimi əvvəllər məhkumluq həyatı yaşayan bu şəxs həmin proseslər gedən zaman da bekar dayanmayıb, müxtəlif şəxslərdən vasitəçilik etməklə, onların etibardan sui-istifadə etmək yolu ilə onlara məxsus külli-miqdarda əmlakını mənimsəyən hərəkətlərə yol verib. Onun bu hərəkətləri ilə bağlı Ağdaş rayon Nehrəxəlil kənd sakini Hamil Hacıyev rayon prokurorluğuna müraciət edib. Müraciətində qeyd edib ki, Q.Abbasov onun həbsdə olan oğlu Pünhanı azad etdirəcəyi vədi ilə ondan 1700 manat pul alıb. Təbii ki, dediyini etmədiyinə görə vətəndaş dəfələrlə ondan pulunu geri tələb etsə də, qaytarmadığına görə prokurorluğa müraciət edib. Prokurorluqda ötən ayın əvvəllərində Q.Abbasov barəsində Cinayət Məcəlləsinin 178.1 (dələdizluq) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Ağdaş RPŞ-nin istintaq qrupuna həvalə olunub. Hazırda həmin işlə bağlı istintaq hərəkətləri davam etdirilir, Hamil Hacıyev və bu məsələ ilə bağlı digər şəxslər dindirilib. H.Hacıyev bu iş üzrə zərərçəkmiş şəxs qismində də tanınınb. İndi dindirilmə növbəsi Qorxmaz Abbasovda olsa da, o, istintaq orqanının rəsmi çağırışlarına məhəl qoymur və müxtəlif bəhanələrlə ifadə verməkdən yayınır. Törətdiyi əməllərə görə cavab verməli olduğunu bildiyinə görə də, KİV-ə guya onu təhlükə gözləməsi barədə məlumatlar verməklə, təhdid olunması barədə rəy yaratmağa çalışır” - deyə Orxan Mansurzadə bildirdi.
