Xəbər lenti
Bütün xəbərlər

Ləğv edilən bankın vəzifəli şəxslərinə hökm oxunub

  • 01 noy 2016, 17:28
Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən "Atrabank”ın "Xəzər” filialının vəzifəli şəxsləri cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər birinə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

"Atrabank”ın "Xəzər filialının əməkdaşları - bankdan yarım milyon manatdan çox krediti mənimsəməkdə təqsirli bilinən İntiqam Fərəcov, Tural Mərdanov, Natiq Adıgözəlov və Vüqar Əliyevə dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham verilib. 

Bank əməkdaşları digərləri ilə birlikdə 150-ə yaxın istifadəyə yararsız avtomobili sənədləşdirərək bankdan külli miqdarda pul çıxarmağa müvəffəq olublar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cinayət əlaqəsinə girərək, həmin filialda əsasən maddi imkanı aşağı səviyyədə olan, bəzi hallarda tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş və az məbləğdə pulun müqabilində sənədi imzalamağa razılaşan və ya şəxsiyyət vəsiqəsini təqdim edən ayrı-ayrı şəxslərin adına kredit müqavilələrinin rəsmiləşdirilməsinə və həmin şəxslərin adına tərtib edilmiş müvafiq xəzinə məxaric orderlərində göstərilən külli miqdarda pul vəsaitinin bankın xəzinəsindən alınmasına nail olublar.
 
Demokratik.Az
Oxşar xəbərlər