Xəbər lenti
Bütün xəbərlər

Araz Ağalarovun obyektində partlayıcı maddə tapıldı

  • 08 okt 2016, 19:46


 

Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, şəkildə görünən qurğunun yalnız bir hissəsidir.

 

Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən "Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.


"Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb. Life.ru-nun verdiyi məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində tapılıb. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birlərinə ötürmək istəyiblər.

"Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olmuşdu ki, "Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.
Oxşar xəbərlər