Rusiya Dövlət Dumasına yeni sədr seçildi

  • 05 okt 2016, 17:23
Oktyabrın 5-də Rusiya Dövlət Dumasına yeni sədr seçilib. Novator.az-ın məlumatına görə, əvvəllər Prezident Administrasiyası rəhbərinin birinci müavini postunu tutmuş Vyaçeslav Volodini sədr seçkisində 404 deputat dəstəkləyib.

Volodinin spiker postuna namizədliyini Dövlət Dumasındakı Vahid Rusiya fraksiyası ölkə prezidenti Vladimir Putinin təklifi əsasında irəli sürmüşdü.

Vyaçeslav Volodin sentyabrın 18-də hakim Vahid Rusiya Partiyasının proporsional siyahısından Dövlət Dumasının deputatı seçilib.

Dövlət Dumasının əvvəlki sədri Sergey Narışkin sentyabrın 22-də Xarici Kəşfiyyat Xidmətinin başçısı təyin edilib.

Vyaçeslav Volodinin 52 yaşı var. 1999, 2003 və 2007-ci illərdə Dövlət Dumasının deputatı olub. 2010-cu ildə baş nazirin müavini təyin edilib. 2011-ci ildən Prezident Administrasiyası rəhbərinin birinci müavini postunu tutub.

Dövlət Dumasına son seçkinin nəticələri rəsmən sentyabrın 23-də təsdiqlənib. Parlamentin aşağı palatasına 225 nəfər proporsional sistemlə, 225 nəfər majoritar sistemlə seçilib.

Vahid Rusiya Partiyası 450 yerlik Dumada 343 nəfərlə, Kommunist Partiyası 42, Liberal Demokrat Partiyası 39, Ədalətli Rusiya Partiyası 23 nəfərlə təmsil olunur. Vətən və Vətəndaş Platforması partiyaları 1 mandat alıblar. Daha 1 mandatı müstəqil namizəd götürüb.
 
Demokratik.Az
Oxşar xəbərlər