Suriyaya görə ABŞ Rusiyanı cəzalandıra bilər

  • 28 sen 2016, 11:53
Suriyadakı vəziyyət üzündən Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.

Ağ Evin mətbuat katibi Coş Ernest jurnalistlərə verdiyi mətbuat konfransında çıxış edərkən bunları deyib:

"Biz iqtisadi sanksiyaların genişləndirilməsi imkanını hesabdan silməmişik. Sanksiyalar sübut etdi ki, maraqlarımızın bütünü dünyada qorunması baxımından təsirli vasitədir” - Ernest belə deyib. 

O, deyib ki, Suriyada humanitar yardım daşıyan konvoyun vurulmasına görə, ABŞ məsuliyyəti Rusiyanın üzərinə qoyur. Ağ Evin nümayəndəsi sanksiyaların birtərəfli olmamasını, tərəfdaşlarla birgə tətbiq olunmasını vacib  sanksiyaların birtərəfli olmamasını, tərəfdaşlarla birgə tətbiq olunmasını vacib sayıb.

 Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson vəyan etmişdi ki, Suriyadakı vəziyyət üzündən ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

 

Demokratik.Az

Oxşar xəbərlər