Bakı-Qars dəmiryolunun ilk sərnişin vaqonu - Foto

  • 22 sen 2016, 07:56

İsveçrənin Stadler Rail Group şirkəti Berlində keçirilən InnoTrans 2016 sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.

                      

Şirkətin nümayəndəsi Paul Qess Trend-ə bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək.

 

Stadler ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq.

 

Paul Qess bildirib: "Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klass, 3-ü ikiyerlik kupedən ibarət birinci klass vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var".

 

Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakkum sistemli tualetlər (birinci klassda hər kupedə), duş (birinci klassda hər kupedə), kondisioner sistemi quraşdırılıb.

 

 Birinci klass vaqonların fotolarını təqdim edirik.

Oxşar xəbərlər