Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Deputatın maşını cərimə meydançasına aparıldı - 5 minlik cəriməsi varmış
Deputatın maşını cərimə meydançasına aparıldı - 5 minlik cəriməsi varmış
- 17 sen 2016, 20:19
İki gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar.
Buna səbəb isə həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinin şəxsi maşını olub. Sürücü tərəfindən idarə olunan nəqliyyat vasitəsinin ödənilməyən cərimələrinin miqdarı isə 5 min manatı aşıb.
Millət vəkilinin kimliyi barədə dəqiq məlumat verilməsə də, onun avtomobilinin bir gün cərimə meydançasında saxlanıldığı bildirilir. Məlumata görə, xanım deputat cərimələrin bir qismini ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara bilib. Onun avtomobili ilə törədilən qayda pozuntuları arasında sürət həddini aşma çoxluq təşkil edir.
Qeyd edək ki, yol polisi son vaxtlar ödənilməyən cərimələrlə bağlı ciddi addımlar atır. Daha dəqiq desək, yeni DYP avtomobillərində quraşdırılan «E-patrul» sistemi vasitəsilə ödənilməyən cəriməsi olan sürücüləri və avtomobilləri aşkar etmək daha da asanlaşıb. Son dövrlər isə cərimələri ödəməkdən yayınan kifayət qədər tanınmış məmurların, iş adamı və şou-biznes nümayəndələrinin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılıb. Yalnız cərimələr ödənildikdən sonra avtomobil buraxılır. Artıq bu məsələdə heç kimə güzəşt edilmir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Yol polisinin yığdığı cərimələrlə bağlı qalmaqal böyüdü
Bakıda sərxoş sürücü küçənin ortasında yatdı
Yol polisini maşınla sürüyüb xəstəxanalıq etdilər
Maşının etibarnaməsiz idarə edilməsi ilə bağlı YENİLİK
Dövlət Yol Polisi İdarəsindən sürücülərə xəbərdarlıq
Sərxoş sürücülərin ödədiyi milyonlar hara gedib?
Gizli polislər iş başında
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti